Yuxarı

Payız depressiyasının səbəb və nəticələri - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Payız elə bir mövsümdür ki, sizi yayın enerjisindən qışın soyuqluğuna doğru aparır. Günlər qısalır, soyuq gecələr uzanır, günəş daha az görünür və bütün bunlar içimizdəki sıxıntıları oyadır. Bunun əsas səbəbi günəş işıqlarının azalmasıyla birlikdə beyin kimyasının dəyişməsidir. Mövsümlə əlaqədar olaraq saç tökülməsi, iştahsızlıq, mədə problemləri, baş ağrısı kimi narahatlıqlar müşahidə oluna bilər.

Axar.az xəbər verir ki, bu sözləri həkim-psixiatr Azər Bağırov qeyd edib. O bildirib ki, depressiya ciddi bir duyğu pozğunluğudur və zamanında müalicə edilməzsə, nəticəsi mənfi ola bilər:

“Xüsusilə ağır depressiya vəziyyətində insan intihara meyilli olur. Onlar belə vəziyyətdə bu istiqamətdə müəyyən addımlar ata bilər. Payız depressiyasının əsas əlamətləri kefsiz, ümidsiz və özünü xoşbəxt hiss etməmək, yuxu pozğunluğu, yuxusuzluq və ya çox yatmaq istəyi, özünü günahkar hiss etmək və dəyərsiz olduğunu düşünmək, diqqət əskikliyi, fikri cəmləyə bilməmək, kökəlmək və ya arıqlamaq, əsəbi və gərgin olmaq, qayğı pozğunluğu, yorğunluq və halsızlıqdır”.

Depressiyaya düşən şəxslərin gündəlik hərəkətlərində lənglik müşahidə olunduğunu qeyd edən həkim bildirib ki, həmin şəxslər keçmişə aid peşmanlıq hissi keçirirlər və özlərini günahkar hesab edirlər. Onlarda həmçinin cinsi istək də azalır.

Tarix
2017.10.27 / 00:16
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla