Yuxarı

Məşhur modelin ölümünün səbəbi həkim deyil?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 yaşlı modeli əməliyyat edərək ölümünə səbəb olan plastik-cərrah Sirus Qoçqani media nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, 22 yaşlı model Leyla Oruclunun ölümündə özünü bir zərrə də günahkar saymayan həkim bu hadisədən ona qarşı “qara piar” kimi istifadə edildiyini bildirib. Həkimi müdafiə edən vəkil Türkər Süleymanlının mətbuat konfransında səsləndirdiyi fikirlər də heç də birmənalı qarşılanmayıb. Vəkil bildirib ki, əməliyyat zamanı nələrsə dəyişə bilər.

Sitat: “İnsan orqanizmidir, hər şey ola bilər. Sirus Qoçqanı barəsində müxtəlif məlumatlar yayıldı. Onun adı cinayət işində hallandırıldı. Bunlar hamısı Leyla adlı gənc modelin ölümündən qaynaqlanıb”.

Əməliyyatı edən həkim Sirus Qoçqani də özünü müdafiə edərək bildirib ki, bu bədbəxt hadisə idi və burada onun günahı olmayıb.

Maraqlıdır, əməliyyat sonrası ölən modelin ölümünə nə səbəb ola bilər ki? Əgər model olduqca sağlam və gümrah halda plastik əməliyyata girib və əməliyyatdan bir neçə saat sonra reanimasiyaya düşüb, orada da vəfat edibsə, demək “günahkar” Əzrayıldır?

Maraqıdır ki, həkimin günahkar olduğunu təkcə cəmiyyət deyil, elə vaxtilə S.Qoçqaninin işlədiyi hospitallardan birinin direktoru da bildirmişdi. Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov adı çəkilən iranlı həmkarı haqında maraqlı faktlar açıqlamşdı. R.Dəmirçalov zamanında Milana Hospitalının direktoru işləyərkən işində verdiyi nöqsanlara görə Sirus Qoçqanini hospitaldan qovduğunu bildirmişdi:

“İranlı estetik cərrah Sirus Qoçqaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla, gənc və həm də model olan bir qızı əməliyyata alarkən, onun valideynləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər, pula görə belə işlər görmək olmaz. Mən özüm Milana Hospitalda direktor olarkən Sirus Qoçqani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Sözümün canı budur ki, Sirus Qoçqani ildə az qala bir neçə nəfəri bu günə qoyur”.

Əməliyyat masasında ölən 22 yaşlı modelin anası Sevinc Alpman da deyilənləri qəbul etməyib və qızının ölümündə S.Qoçxanini günahlandırıb. S.Alpman bildirib ki, qızı əməliyyat olunan zaman ona məlumat verilməli idi. Lakin həkim 2000 manata görə əməliyyata ehtiyacı olmayan qzını bıçaq altına salıb.

Ana saytlardan birinə verdiyin açıqlamada bildirib ki, əməliyyatın baş tutduğu “Zəfəran Hospital” klinikasınının reanimasiya şöbəsinin həkimi də hadisədə cərrahı günahlandırıb.

Sitat: “Reanimasiya həkimi orada dedi ki, bu Siruz Qoçxani ilə Pərviz Əhmədovun günahıdır”.

Sevinc xanım həkimin günahsız olduğunu göstərən Leylanın ölümü ilə bağlı ekspertiza rəyi ilə razılaşmadığını bildirib. Ana qızının ölümündə birlavasitə cərrah Sirus Qoçxanini günahkar bilir və həkimin cəzalandırılmasını tələb edir:

“Balamı geri qaytara bilməsəm də, onun cəzalandırılmasını görsəm az da olsa təskinlik taparam".

Qeyd edək ki, 22 yaşlı model Leyla Oruclu 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan iki gün sonra - 25 iyun tarixində isə gənc qız vəfat edib.

Tarix
2017.11.06 / 14:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla