Yuxarı

Qadın orqanizmi idman üçün ideal sistemdir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər belə qənaətə gəliblər ki, kişi orqanizmi ilə müqayisədə qadın orqanizmi təbiətən daha yaxşı idman formasında olur. Buna səbəb ümumi vəziyyətin göstəriciləri – oksigenin daha sürətlə udulması və əzələ yorğunluğu riskinin aşağı olmasıdır. Bundan əlavə, qadın bədəninə daxil olan oksigen kişi orqanizmi ilə müqayisədə 30 faiz daha effektiv sərf edilir.

Axar.az xəbər verir ki, Vaterloo Universitetinin professoru Riçard Hyusonun sözlərinə görə, qadın əzələləri qandan oksigeni daha tez ayırır ki, bu da qadınların aerob sisteminin daha mükəmməl olmasından xəbər verir.

Bu, 18 sağlam fəal könüllü üzərində aparılan təcrübə zamanı aşkar edilib (qadın və kişilərin nisbəti 50/50). Bütün könüllülər çox da çətin olmayan tapşırığı - idman “cığırında” qaçışı yerinə yetiriblər.

Bu müddət ərzində alimlər ürək döyüntülərinin tezliyini və toxumalarda oksigenin miqdarını, həmçinin vena və arteriya damarlarındakı qanın oksigen konsentrasiyasının fərqini qiymətləndiriblər. Məlum olub ki, məşq zamanı qadınların bədənində oksigen kişilərə nisbətən daha tez udulur. Bu onu göstərir ki, qadınlarda əzələlər daha az yorulur. Ola bilsin ki, qadınlar üçün məşq rejiminə yenidən baxmaq barədə düşünməyə dəyər.

Tarix
2017.12.07 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla