Yuxarı

Yüksək təzyiqə səbəb olan amillər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüksək təzyiq ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan problemdir. Müxtəlif səbəblərdən yaranan təzyiq çox vaxt bir sıra narahatçılıqlara səbəb olur.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva universitetin mətbuat xidmətinə müsahibəsində deyib:

"Yüksək təzyiq səbəbindən yaranan problemlər arasında əsas yeri nefropatiya və böyrək problemləri tutur.

Qeyri-rasional qidalanma, az hərəkətlilik təzyiqin yüksəlməsində mühüm rol oynayır. Gecə və ya görmə gərginliyi tələb edən işlərdə çalışanlar və əsasən psixoemosional vəziyyətdə olanlarda təzyiqin yaranma riski digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, bu problemin yaranmasında stress və emosional gərginlik mühüm faktorlardandır. Ümumiyyətlə, risk qrupuna daxil olan insanlar duzdan, yağlı qidalardan çəkinməli, asan həzm olunan qidalara üstünlük verməli, daha çox hərəkətli olmalıdırlar".

Standart müasir müayinə üsullarının olduğunu vurğulayan həkim, buraya qanda xolesterinin miqdarının, kreatinin səviyyəsinin öyrənilməsinin də vacibliyini vurğulayıb: "Bunlar xəstə üçün təhlükəli risk amili sayılırsa, onda mütləq bu hal dərmanla korreksiya olunmalıdır. Təzyiqin özünün də dərmanla korreksiyası təzyiqin səviyyəsində asılıdır. Ola bilər ki, xəstənin təzyiqi çox da yüksək deyil, lakin yanaşı risk faktorları olduqda, bu, müdaxilə tələb edən hal sayıla bilər. Lakin risk amilləri olmadan da yüksək təzyiq ola bilər.

Yüksək təzyiqlə həkimə müraciət edənlərin hərtərəfli araşdırılması, problemin səbəbinin öyrənilməsi vacibdir. Müayinə və müalicə zamanı əlavə risklər də nəzərdən qaçırılmamalıdır".

Tarix
2017.12.09 / 02:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla