Yuxarı

Komitədən nazirliyin dərman xəbərdarlığına - Cavab

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkə ərazisinə “Oksiam-B” adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda dərman preparatının Türkiyə Respublikasında “Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti.” şirkəti tərəfindən istehsal edildiyi və Dihac MMC tərəfindən idxal olunduğu bildirilir.

Axar.az xəbər verir ki, bu sözlər Səhiyyə Nazirliyinin dünən ölkə ərazisinə göz damcısı olan "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı xəbərdarlığına cavab olaraq Dövlət Gömrük Komitəsinin yaydığı açıqlamada qeyd olunub.

“Yayılan məlumatla əlaqədar Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan Dihac MMC tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında “Oksiam-B” adlı dərman preparatı yoxdur.

“Oksiam-B” dərman preparatı ölkə ərazisinə “Norma Med” MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub.

Aparılan araşdırmalar zamanı o da məlum oldu ki, “Oksiam-B” adlı dərman preparatının Dihac MMC tərəfindən idxal edilməsi iddiasına etiraz olaraq şirkət rəhbərliyi məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada aidiyyatı orqanlara müraciət edəcək" - açıqlamada bildirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Türkiyənin "Univerce Pharma İlaç San. ve Tic. Ltd Şti." şirkətinin istehsal edildiyi və ölkəmizə Dihac MMC tərəfindən idxal olunduğu bildirilən "Oksiam-B" mənşəyi məlum olmayan saxta dərman adlandırıb. Nazirlik araşdırma zamanı müəyyən edib ki, qeyd edilən mənşəyi məlum olmayan məhsul saxtadır.

Dərmanın idxalı, satışı və həkimlər tərəfindən istifadəsi qadağan edilib. Topdan və pərakəndə əczaçılıq müəssisələrinə məhsulun yığışdırılması barədə xəbərdarlıq edilib.

Tarix
2017.12.14 / 15:43
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla