Yuxarı

Elnarə Tofiqızının ölümü ilə bağlı müstəqil təhqiqat başladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim terroru nəticəsində həyatını itirən Elnarə Tofiqqızının ölümü ilə əlaqədar cinayət işində zərərçəkmiş kimi tanınan mərhumun həyat yoldaşı Anar Niftəliyev artıq müstəqil təhqiqatın aparılması üçün vəkil tutduğunu bildirib.

Bundan sonra zərərçəkmişin hüquqlarını Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Səməd Vəkilov təmsil edəcək.

S.Vəkilov artıq işlə tanışlığa başlayıb və Nəsimi Prokurorluğunda açılan cinayət işini aparan müstəntiqlə görüşüb. Hüquqşünas açıqlamasında bildirdi ki, artıq müdafiə ilə bağlı sənədlər istintaq orqanına təqdim edilib: "İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevlə görüşdüm. Təfərrüata varmaq istəmirəm. Hələ ilk addımdır. Onu deyə bilərəm ki, baş vermiş cinayət işi ilə bağlı müstəqil tədqiqat aparılacaq və bu barədə ictimaiyyətə intensiv məlumat verəcəyik".

Qeyd edək ki, zərərçəkmiş Anar Niftəliyev ötən həftə istintaqın hərtərəfli aparılmasına şərait yaradılması üçün Baş prokuror Zakir Qaralova məktub ünvanlayıb. Hüquqşünas artıq cinayət işinin istintaqının Baş prokurorun xüsusi nəzarətində olduğunu deyib.

Xatırladaq ki, sentyabrın 20-də "Medi Sina" klinikasında əməliyyat zamanı Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı həkim səhlənkarlığı və məsuliyyətsizliyindən dünyasını dəyişib. Məhkəmə Tibbi Ekspertiza və Tibbi Anatomiya Birliyində aparılan ekspertizanın ilkin və yekun rəyində onun ölümünə səbəb kimi "nəfəs çatışmazlığı" göstərilib. Hazırda Tibbi Komissiya həkimlərin məsuliyyətini müəyyənləşdirir.

Tarix
2013.11.25 / 10:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla