Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2018


Əsnəmək hansı xəstəliyin əlaməti ola bilər?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsnək canlılara xas olan xüsusiyyətdir, əsnəmə ana bətnindəki 11-ci həftədən başlayır. Orta hesabla bir əsnək 6 saniyə çəkir.

Xalq arasında onu yuxugəlmənin xəbərvericisi hesab edirlər.

Axar.az bildirir ki, bu barədə məlumat verən həkim, Avropa Tibb Akademiyasının üzvü Elnur Rəhimov deyib: "Əsnək fizioloji və patoloji olur. Yuxu gələrkən bədənin sıxılması zamanı, monoton danışmaqdan, musiqi dinləməkdən, havasız yerdə oturmaqdan, kiminsə əsnədiyini görəndə baş verən əsnək fizioloji hesab olunur.

Epilepsiya, ensefalit, serebrovaskulyar çatışmazlıqda, serebral ateroskleroz, beynin arxa çuxurundakı şişlər zamanı baş verən əsnək patoloji əsnəklərə aid edilir.

Əsnək daha çox oksigen almaq və bədəndə olan karbon qazını boşaltmaq istəyindən baş verir. Qanın tərkibində karbon qazı artanda beyinə və ağ ciyər əzələlərinə müəyyən siqnallar göndərilir və bunun nəticəsində dərin əsnək əmələ gəlir.

Əsnək də gülmək kimi keçicidir. Qarşıdakı insan əsnəyəndə o biri də bundan təsirlənməyə başlayır. Finlandiyada beyin üzərində aparılan araşdırmalar təsdiq edib ki, əsnəmənin yoluxuculuğu əksər hallarda qeyri-iradidir. Beyin bunu bilərəkdən, başqasını yamsılamaq və təqlid etmək üçün etmir. Beyin adətən yamsılamanı, təqlidi "güzgü-neyron" sistemi ilə həyata keçirir. Həmin "güzgü-neyronlar" bilərəkdən kiminsə hərəkətini təqlid edəndə işə düşür, lakin həmin neyronlar əsnəmənin yamsılanmasında heç bir rol oynamır.

Əsnək beyində hipotalamus vasitəsilə idarə olunur və həmin mərkəz ümumilikdə lamisə orqanlarını idarə edir, həmçinin duyğularla da əlaqədardır. Ürək sıxılanda, yəni hansısa problem olanda və yaxud durğun vəziyyət zamanı hipotalamus mərkəzinə siqnallar gedir və əsnəmə başlayır. Əsnək heyvanlarda və quşlarda da mövcuddur. Alimlərin fikrincə, insan beyni kompüter kimi işləyir: məsələn, o qızanda pis işləməyə başlayır və bu zaman əsnək yaranması böyük miqdarda qanın və daha sərin havanın gəlişini təmin edir, bunun nəticəsində beynin fəaliyyəti yaxşılaşır".

Tarix
2018.01.11 / 02:00
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Asqıranda burnunuzu tutmayın, çünki...

Bakıda 52 yaşlı qadın əkiz dünyaya gətirdi - Foto

Azərbaycanda vərəmlə bağlı ilk - Epidemioloji xəritə

Tanınmış aparıcının halı pisləşdi - Foto

Alman mütəxəssis Bakıya gəlir - Qəbul

Barmaqlarınızda bu dəyişiklik varsa... - Təhlükəli simptom

Bu, ölümlə nəticələnə bilər, peyvənd olunun – Pediatr

Uzun müddət TV izləməyin ağır fəsadı – Həkim

Ürək üçün ən faydalı yağ müəyyən edildi

24 nəfərə telesəhiyyə vasitəsilə məsləhət verildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla