Yuxarı

Tədqiqat: anesteziya beyini şikəst edə bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Kvinslend Universitetinin alimləri anesteziyanın insan beyninə təsirini araşdırmaq qərarına gəliblər. Tədqiqatlar zamanı müəyyən edilib ki, anesteziya preparatları təkcə insanı keyitmir, hüceyrələr arasında əlaqələri də pozur.

Axar.az xəbər verir ki, son onilliklər ərzində aparılan tədqiqatlar nəticəsində anesteziya vasitələrinin beyinin ayrı-ayrı hissələrinin qarşılıqlı fəaliyyətini pozduğu güman olunur. O da ehtimal edilir ki, anesteziya zamanı yaddaşın itirilməsi və koqnitiv hallar baş verə bilər.

Tədqiqatçı Bruno van Svinderen qeyd edir ki, anesteziyada istifadə olunan propofol bütün beyin üzrə neyronların əlaqəsini pozur. Daha çox ümumi narkoz üçün istifadə olunan bu preparatın təcrübə aparılan siçovullarda sınağı da onların neyron hüceyrələrindəki dəyişiklikləri göstərib. Yüksək təsirli sakitləşdirici preparat olan propofol beyindəki əsas zülalı (sintaksin 1A) məhdudlaşdırır və neyronların əlaqəsini zəiflədir.

Tədqiqatçılar hesab edirlər ki, məhz propofol sayəsində cərrahiyyə əməliyyatlarını həyata keçirmək mümkün olur: əvvəlcə insan adi yuxu dərmanı qəbul etmiş kimi yatır, sonra beyinin daxilində hüceyrələrin əlaqəsi kəsilir.

Tarix
2018.01.13 / 01:51
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla