Yuxarı

Bu, ölümlə nəticələnə bilər, peyvənd olunun – Pediatr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızılca vaxtında müalicə olunmadıqda ölümlə nəticələnən ağır infeksiyadır. Valideynlərə tövsiyyəm budur ki, uşaqları peyvənddən yayındırmasınlar. Uşaqları qorumalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev Ukraynada uşaqlar arasında yayılan və artıq bir uşağın ölümünə səbəb olan qızılca xəstəliyinin təhlükəsindən danışarkən deyib. Həkim-pediatr bildirib ki, yayılan belə epidemiyalar zamanı ölümün baş verməsinə səbəb peyvəndsizlikdir:

“Ukraynada qızılca ilə xəstələnmə halları çoxalıb. Hətta Kiyevdə epidemiya şəklini alıb. Səbəb, əlbəttə, uşaqların peyvənd olunmamasıdır. Hökumət əhalini vaksin ilə təmin edə bilmir. Ölkənin müharibə ilə bağlı hazırkı durumu kütləvi vaksinasiyanı çətinləşdirir. Nəticədə belə olur.

Qızılca vaxtında müalicə olunmadıqda ölümlə nəticələnən ağır infeksiyadır. Törədicinin yoluxdurma qabiliyyəti həddindən artıq yüksəkdir. Yəni tez bir zamanda epidemiya yaradır”.

V.Qarayev bildirib ki, bizdə də antivaksinator ordusu var:

“Göyöskürəklə xəstələnmə halları var və az da deyil. Hamısı da peyvəndsiz uşaqlardır. "Niyə peyvənd olunmayıb" sualına isə normal və tutarlı cavab eşitmirik. Ancaq peyvənd mütləqdir. Uşaqları qorumaq lazımdır”.

Qeyd edək ki, 2017-ci ilin sonlarından başlayaraq Ukraynada qızılca xəstəliyi yayılıb. Kütləvi halda yoluxma halı qeyd edilən ölkədə qızılcadan artıq 5 yaşlı bir qız uşağı dünyasını dəyişib.

Ukraynada 2015-ci ildə də bu xəstəlik yayılmış və kütləvi hal almışdı.

Tarix
2018.01.17 / 17:38
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla