Yuxarı

Bu əlamətlər varsa, dərhal həkimə müraciət edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar uşaqlar arasında yayılmış soyuqdəymə xəstəlikləri qrip deyil və daha çox uzunmüddətli üzücü, boğucu öskürəklə müşahidə olunur.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, həkim məsləhəti olmadan öskürəyə qarşı aptekdən dərman almaq təhlükəlidir:

“Həkim təyinatı olmadan heç vaxt antibiotik almayın. Öskürəyin xarakterinə görə dərmanlar da müxtəlifdir. Peyvəndsiz uşaqların əksəriyyətində adi soyuqdəymə yox, göy öskürək müşahidə olunur. Özbaşına və virtual müalicə zamanı sinusitlər (haymorit, frontit), otit, pnevmoniya (sətəlcəm) kimi ağırlaşmalar baş verir. Ona görə həmin uşaqlar bağçaya və məktəbə getməməlidir. Ev şəraitində müalicə almalıdır.
Əgər uşaqda tənəffüs çətinliyi, yəni təngnəfəslik, tez-tez nəfəsalma, xışıltılı tənəffüs varsa, təcili həkimə müraciət edin. Bu kimi hallarda uşaqlar xəstəxanaya aparılmalıdır. Virtual-telefonla, internetlə təyin olunan dərmanlar kömək eləmirsə, həkimi qınamayın. İsrar edirsiniz, o da yazır. Əslində, düzgün deyil”.

Tarix
2018.01.24 / 01:20
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla