Yuxarı

Yalan danışanlar şəkər xəstəliyi tapır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmi araşdırmalara görə, yalan özününüdafiə vasitəsidir. İnsanlar qarşı tərəfdə müsbət təəssürat yaratmaq üçün bu cür vasitələrə düşünmədən əl atırlar.

Orta statistik hesablamalara görə, insanlar gün ərzində minimum 20-25 dəfə yalan danışır. Yalan danışmağa meyli olan insanlar isə şəkərli diabet xəstəliyinə tutulma riskinə daha yaxın olur.

Məhşur psixoloq Ziqmund Freyd demişdir ki, insan psixologiyası yalana görə üç cür formalaşır. Həqiqi dürüst olanlar, dürüst olmağa çalışanlar və dürüst olmadıqları halda, insanları buna inandırmağa çalışanlar. Elm adamları üçüncü kateqoriyaya aid olanları daha təhlükəli hesab edirlər.

Bəzən yalan danışmağımıza tam fərqli səbəblər olur. Məsələn, biz gün ərzində heç də qəşəng görünməyən həmsöhbətimizə "bu gün necə də gözəl görünürsən" deyə, bəzən isə heç də qəşəng olmayan bir libasa "sənə əntiqə yaraşır" kimi ifadələrdən istifadə edə bilərik. Burdan da aydın görünür ki, yalan danışmaqda bir məqsəd də həmsöhbətin qəlbinə dəyməməkdir.

Yalanın kanı - sevgi, iş, dostluq

Yalan bir çox sahələrdə daha çox inkişaf edib. Bura sevgi, iş, biznes və dostluq münasibətləri aiddir.

İnsanlar sevərkən daha çox yalan danışır

Psixoloqlar bildirirlər ki, insanlar ən çox sevərkən yalan danışırlar. Buna itirmək qorxusu, qarşısındakını özünə heyran etmək istəyi kimi hisslər səbəb olur. Münasibət zamanı isə ən çox yalanın qız, ya oğlanın danışdığını hələ də müəyyən etmək mümkün olmayıb. Bu, birbaşa olaraq fərdlərin keçmişi ilə əlaqəlidir.

Yalançının evi yandı, heç kəs ona inanmadı

Yalan danışan insan cəmiyyətdə nüfuzunu itirməklə yanaşı, həm də özünə qarşı mənfi fikir formalaşdırır. Bu cür insanların ən səmimi, ən doğru sözü də öz doğru keyfiyyətini itirərək, birbaşa olaraq yalan kimi qəbul edilir.

Məşhur yazıçı Mark Tvenin yalan haqqında maraqlı fikri var: "Həqiqət ayaqqabılarını geyinincə, yalan dünyanı artıq üç dəfə gəzmiş olur…"

Elə bu fikrə əsaslanaraq demək olar ki, yalan dünyada daha çox inkişaf edib. Yalanın mahiyyəti insanların cinsinə görə də dəyişə bilir.

Kişilər daha çox yalan danışır

Hansı cinsin nümayəndəsinin daha çox yalan danışdığını araşdırmaq üçün kifayət qədər elmi tədqiqatlar aparılsa da, son qərar hələ də müəyyən olunmayıb. Ekspertlər isə yalanın əlamətlərinin kişilərə daha yaxın olduğunu bildirirlər. Yalanın kişilərə xas əlaməti bunlardır:

* Baş hərəkətləri daimidir

* Əllərini boyunlarına aparmaqda tərəddüd edirlər
* Həmsöhbətinin fikrini dağıtmaq üçün mövzuya əlavə sözlər qatırlar

* Verilən sualı anlamamış kimi təkrar etməyinizi istəyirlər

İş başında deyilən yalanlar

İş başında ən çox deyilən yalan işə gecikməyə gətirilən səbəblərdir. Buraya "tıxac idi" və ya "marşurutum gecikmişdi" tipli məşhur bəhanələr aiddir. Təbii ki, bunlar kiçik yalanlardır. Lakin psixoloqlar yalanın kiçikdən başlayıb böyüyə doğru daha da cəsarətləndiyini bildirirlər.

Qeyd edək ki, "yalan" insanda özünə olan güvənci azaldan, neqativ hisslər bəxş edən yeganə duygudur. Buna aludə olan insanlar şəxsiyyətlərini kiçik hisslərə qapanıb qurban verirlər. Sağlam düşüncəli insanlar isə yalandan maksimum uzaq durmağa çalışırlar.

Yazını ömrünün yarıdan çoxunu insan psixologiyasına həsr etmiş məşhur filosof Fridrix Nitsşenin sözləri ilə tamamlamaq yerinə düşər: "İnsanın ağzı asanlıqla yalan danışsa da, onun qıc olmuş sifəti istənilən halda həqiqəti deyir".

Tarix
2013.10.14 / 18:30
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla