Yuxarı

Kimlikdəki qan qruplarına güvənmək olmaz – Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəxsiyyət vəsiqəsində qeyd edilən qan qrupumuz sənəd aldığımız zaman səyyar olaraq təyin olunmuş qan qruplarıdır. Bu qan qrupları adətən anti-qlobulin zərdabları ilə təyin olunur və onlar tam olaraq düzgün olmaya bilər.

Bunu Lent.az-a Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elçi işçisi Mahmud Mahmudov deyib.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsində yazılan qan qrupuna güvənmək olmaz:

“Bəzi insanların qanında müəyyən antitellər olur ki, o antitellərə qarşı da yalançı reaksiyalar olur. Bu yalançı reaksiyalar gələcəkdə bizə qan köçürülmə zamanı təhlükə yarada bilər. Ona görə də heç bir halda qan köçürülməsinə qərar verildiyi zaman şəxsiyyət vəsiqəsindəki qan qruplarına tam güvənmək düzgün deyil. Ancaq təxirə salınmaz tibbi yardıma ehtiyac olduğu halda xəstəyə təcili qan köçürülməlidirsə, o halda xəstənin şəxsiyyət vəsiqəsindəki qan qrupu nəzərə alınmalıdır”.

Mütəxəssis qeyd edir ki, qan qrupunun düzgün təyin edilməsi immunoloji laboratoriyada ixtisaslaşmış həkim-laborant tərəfindən aparılmalıdır:

“Eyni zamanda xüsusi reaktivlər və avadanlıqlar olmalıdır. Lazım olarsa, mikroskop, lupa altında baxmaq lazımdır. Qan qrupu köçürüldüyü zaman onu köçürən həkim məsuliyyət daşıdığına görə hətta laboratoriyanın verdiyi qrupa da inanmamalıdır. Çünki qan laboratoriyaya təqdim edildikdə probirkalar səhv salına bilər. Buna görə də xəstəyə qan köçürüləcəyi zaman xəstənin yatağının yanında ona qan köçürəcək həkim xəstənin qan qrupunu təkrar yoxlamalı və əmin olmalıdır”.

M. Mahmudov xəstənin qan qrupunun şəxsiyyət vəsiqəsi ilə uyğun gəlmədiyi hallarına rast gəldiyini bildirir: “Müəyyən müstəsna halları nəzərə alsaq, belə bir şeylər olur. Bunun səbəbi də texnikidir. Bir də müəyyən insanlarda qan qrupunu təyin etmək çətinlik yaradır. Belə insanların qan qrupu mütləq ixtisaslaşmış laboratoriyada aparılmalıdır.

İmmunitet, onkoloji və vərəm xəstələrində, revmatizması olan insanlarda yalançı aqlüsinasiya deyilən hallar müşahidə olunur ki, bu da səhv qrupun təyin edilməsinə bilavasitə səbəb ola bilir”.

Tarix
2018.04.13 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla