Yuxarı

Bu səhifələr gənclərin əxlaqını pozur – Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər sosial şəbəkələrdə fenomenə çevrilən vaynerlərin hazırladığı videolar müzakirələrə səbəb olur. Onların toxunduğu mövzular bəzən istifadəçilər tərəfindən maraqla qarşılansa da, əksər hallarda seçdikləri üslublar cəmiyyəti yanlış yönləndirmək baxımından narahatlıq doğurur. Buna misal olaraq, vaynerlərin müxtəlif zərərli vərdişləri təbliğ edən videolar çəkməsini göstərmək olar. Bunların arasında içki, siqaret, qəlyan, içkili halda maşın sürmək və s. formasında hərəkətləri əks etdirən videolar var. Belə səhifələrin izləyicilərinin isə əksəriyyəti azyaşlı uşaqlar, yeniyetmələr və gənclərdir. Bu cür videoların cəmiyyətə, yeniyetmələrə, azyaşlılara necə mənfi təsirləri ola bilər?

Məsələ ilə bağlı Axar.az-a danışan psixoloq Elnur Rüstəmov bildirib ki, bu hallar uşaqların psixologiyasına çox pis təsir edir:

“Məsələ burasındadır ki, bu tək Azərbaycanla bağlı deyil. Hazırda bütün dünyada bu proses gedir. Belə insanlara qoşulan, onları dəstəkləyən, onları təqlid edən yeniyetmə və gənclərimizin sayı kifayət qədər çoxdur. Elə bir qlobal dünyada yaşayırıq ki, bunun qarşısını almaq üçün konkret olaraq hər hansı bir inzibati tədbirin görülməsi qeyri-mümkündür. Ona görə də məsələ sırf ona bağlıdır ki, bu kimi halların təsirinə yeniyetmələr düşməsin. Bunun mənfi fəsadları olur. Burada ən mühüm məqam ondan ibarətdir ki, hazırda cəmiyyətdə insanın insandan uzaqlaşması prosesi gedir. Bu baş verdikdə isə dəyərlər arxa planda qalır”.

Psixoloqun sözlərinə görə, hazırda yeniyetmələr arasında “cool”, fərqli görünmək istiqamətində müəyyən təbliğat işləri gedir:

“Amma unutmamalıyıq ki, bu bizdən başlamayıb. Bizə qədər var idi və indi bizə də gəlib çatıb. Tutaq ki, illər əvvəl bu cür şeylərin gəlib bizə çatması üçün 3-5 il lazım idisə, hazırda bu müddət saniyələrlə ölçülür. Çünki biz informasiya əsrində yaşayırıq. Ancaq gənclərimizi təhsilə, elmə yönəltməklə müəyyən qədər bu şeylərdən uzaq saxlamaq olar”.

Psixoloq vurğulayıb ki, cəmiyyətdə belə mənfi halları yalnız vaynerlər təbliğ etmir:

“Sosial şəbəkələrin özündə müəyyən yeniyetmələr qrupu, onların yaratdığı müxtəlif səhifələr var ki, azyaşlıları, yeniyetmələri, gəncləri ora cəlb etməyə çalışırlar. Bunun üçün bu cür səhifələrin geniş təbliğat işləri aparılır. Bu cür hallar bəzən valideyn-övlad arasında problemlərin yaranmasına səbəb olur. Əgər diqqət yetirsəniz, yeniyetmə gənclər arasında intihar halları da məhz informasiya əsrinə qədəm qoyduqdan sonra artmağa başladı”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə qeyd edib ki, istər KİV-də, istər çap vasitəsində, istərsə də sosial şəbəkədə yayılması qadağan olunan vasitələrin təbliği yolverilməzdir:

“Azərbaycan Respublikasının qanunvericiliyinə görə, KİV və internet eyniləşdirilib. Yəni KİV-lə bağlı olan qanunvericilik internetə, o cümlədən sosial mediaya da şamil olunur. Əgər belə xoşagəlməz faktlar varsa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bununla bağlı tədbir görməlidir. Yəni bu qurumun səlahiyyəti çatır ki, bu istiqamətdə işlər görsün”.

O.Gündüzün sözlərinə görə, bu gün ölkəmizdə vayn çəkən şəxsləri əsas maraqlandıran populyarlıqdır:

“Çünki belə olduqda onlara reklam verənlərin sayı da çox olur. Bu şəxslərin gəlirləri reklamlar vasitəsi ilə təmin olunur. Amma onlar bu populyarlığı aşağı səviyyəli informasiya yaymaqla qazanırlarsa, bu, yolverilməzdir”.

O.Gündüz bildirib ki, ölkəmizdə uşaqlar, gənclər üçün faydalı kanalların, səhifələrin yaradılması istiqamətində stimullaşdırma işlərinin görülməsinə ehtiyac var:

“Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi yeniyetmələrə, azyaşlılara, gənclərə faydası olan səhifələr, sosial çarxlar yaradılmasına yardımçı olmalıdır. Çünki bu cür səhifələrin sosial media resurslarında inkişaf etdirilməsinə aidiyyəti qurumlar tərəfindən dəstək verilməsinə ehtiyac var”.

Tarix
2018.04.14 / 08:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla