Yuxarı

İnfarkt zamanı ölümdən qurtulmağın yolu açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç kardioloqları müəyyən ediblər ki, fiziki aktivlik ürəktutması keçirənlərin erkən ölümdən xilas olmasına kömək edir.

Axar.az xəbər verir ki, həkimlərin apardığı tədqiqatda 2005-2013-cü illərdə miokard infarktı keçirən 22 227 nəfər iştirak edib. Kardioloqlar onların fiziki aktivliyini iki dəfə - ürəktutmasından 6-10 həftə keçmiş müddətdə və 12 ay sonra qiymətləndiriblər. Hər iki halda sorğuya cəlb olunan könüllülər bundan öncəki yeddi gün ərzində, həm də 30 dəqiqədən az olmamaq şərti ilə necə məşq etdiklərini göstəriblər. Bu, infarktdan sonra əzələlərin üzərinə düşən yükün necə dəyişdiyini müəyyən etməyə imkan verib.

Orta hesabla 4,2 il ərzində 1087 xəstə vəfat edib. Ölüm riski fiziki aktiv olmayanlar arasında daha yüksək olub. Belə ki, tək-tük məşqlər ölüm ehtimalını 37 faiz, ardıcıl məşqlər isə 59 faiz azaldıb. Alimlərin fikrincə, infarkt keçirənlər siqareti atmaq və sağlam qidalanma ilə yanaşı, həftədə ən azı iki dəfə məşqlərə də diqqət yetirməldirlər.

Tarix
2018.04.20 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla