Yuxarı

Bu əlamətlər varsa, dərhal psixoloqa gedin – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış pediatr Vaqif Qarayev son illər valideynlərin uşaqlarını tez-tez psixoloqa, mental arifmetika kurslarına, loqoped yanına apardığını bildirib.

Həkim hesab edir ki, ehtiyac yaranmadığı təqdirdə valideynlərin uşağı bu kimi ixtisas sahiblərinin yanına göndərməsi onların həddən artıq yüklənməsinə səbəb olur:

“Kimə baxırsan deyir, uşağın yaddaşı yoxdur, mental arifmetika kurslarına aparıram. Bir başqası deyir, üç yaşına kimi öz dilimizdə danışmağa başladı, indi türk, ingilis sözlərindən daha çox istifadə edir, ona görə loqopedə aparıram. Digəri deyir, 3-4-cü siniflərdə yaxşı oxuyurdu, indi zəifləyib, psixoloqa aparıram. Uşaqda baş verən hər adi və normal hallara qarşı uşağı belə peşə sahiblərinin yanına aparmazlar. Uşağın nəyisə az, nəyisə çox bilməsi, əvvəl bilib, sonra bilməməsi onda problemin olduğunu deməyə əsas vermir. Uşaqlarınızı yükləməyin”.

Son vaxtlar həqiqətən də psixoloqların azyaşlı pasientləri artıb. Buna səbəb nədir? Ümumiyyətlə, valideynlər uşaqda hansı halları müşahidə edəndə mütəxəssisə, psixoloqa müraciət etməlidirlər?

Bu barədə Axar.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, hər adi problemdə uşağı psixoloqa aparmaq düzgün deyil:

“Uşaqda davranış pozuntuları müşahidə edilən zaman psixoloqa müraciət etmək lazımdır. Əvvəllər çətin tərbiyə olunan uşaqları pedaqoqlar öz sistemlərinə uyğun olaraq tərbiyə edirdilər. İndi uşaqlar həddən artıq aqressiv olduqları üçün müəllimlər özləri uşaqları psixoloqa yönəldir. Əgər uşaqda davranış pozuntuları varsa, valideyn psixoloqa müraciət etsə, yaxşı olar. Söyüş söymək, hədsiz aqressiv davranmaq, başqalarına qarşı zorakılıq tətbiq etmək, sidik qaçırmaq, qısqanclıq, uğursuzluğa görə mübarizə aparmamaq hallarında psixoloq dəstəyi almaq vacibdir”.

Psixoloq qeyd edib ki, 3 yaşlı uşağın etdiyi hərəkəti 5 yaşlı uşağın etməsi normal deyil. Bu artıq uşaqda psixoloji problemin olması deməkdir:

“Bəzən valideyn deyir, uşağımın 3 yaşı var, ağlayır, hər şey istəyir, özünü yerə sürtür, sakitləşdirə bilmirəm, psixoloqa aparım gərək. Əslində, uşağın 3 yaşına kimi bu hərəkətləri etməsi çox təbiidir. Əgər 4-5 yaşında bu hərəkətləri edərsə, o zaman psixoloqa müraciət olunmalıdır”.

G.Orucova bildirib ki, son vaxtlar xüsusilə autizmdən əziyyət çəkən uşaqların müalicəsində bəzi ixtisas sahibləri öz maraqlarına uyğun hərəkət edirlər:

“Hazırda ən çox rast gəldiyimiz autizmin spektr pozuntusunun bir neçə əlaməti olan uşaqlardan, autizm diaqnozu qoyulan mərkəzlərdə pedaqoq, psixopedaqoq, defeqtoloq, psixoloq, refleqsoloq bir çox ixtisas sahibi kommersiya məqsədilə istifadə edir”.

Tarix
2018.04.21 / 01:25
Müəllif
Nigar, Sona
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla