Yuxarı

Vaxtından əvvəl yetişdirilən meyvələr çox ziyanlıdır - Professor

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtından əvvəl yetişdirilmiş meyvə və tərəvəzlərin ziyanlarından insanların xəbəri yoxdur.

Axar.az xəbər verir ki, bunu Şərq.az-a tibb elmləri doktoru, professor Adil Qeybulla söyləyib. O qeyd edib ki, bu, çox ciddi məsələdir:

"Qida gigiyenası baxımından ərzaq məhsullarının saxlanma şəraitinin pozulması böyük problemdir. İkinci böyük problem ondan ibarətdir ki, hər məhsul vaxtında yeyilməlidir. Məsələn, indi çiyələk və qarpızın yeyilmə vaxtı deyil. Süni şəkildə yetişdirilmiş meyvə və tərəvəzlərin istifadəsi məqsədəuyğun sayılmır. Bu baxımdan insanların özü seçim etməlidir. Nəfslərini qorumalıdırlar. Bu cür süni şəkildə yetişdirilmiş qidalara meyilli olmamalıdırlar. Başqa tərəfdən də bu qidalara tələbat olduğu üçün satışı həyata keçirilir. İnsanların özləri buna şüurlu yanaşmalıdır.

Ölkəmizdə Qida Təhlükəsizli Agentliyi yaradılıb. Bu agentliyin də vəzifəsi Azərbaycandakı qida standartlarını qaydaya salmaqdır. Onların vəzifəsi həmin məhsulların istehsalı, saxlanma şəraiti, istehlakı və s kimi məsələləri beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Bu qurum ərzağın küçədə saxlanılması, saxlanma zamanı əməl olunmalı standartların pozulmasına qarşı ciddi sanksiya tətbiq etməlidir. Hesab edirəm ki, insanlar bu məsələyə ciddi yanaşmalıdırlar.

Ərzaqlar uzun müddət günün altında qalır. Bakı tozlu şəhərdir. Buna görə də həmin məhsullar tozun içində olur. İnsanların bu məhsulları istifadə etməsi onların sağlamlığına ziyan vurur. Bundan əlavə, həmin qida məhsulları gübrə ilə yetişdirilir. Vaxtından əvvəl yetişən meyvə və tərəvəzlərin böyüdülməsi gübrədən aslıdır.

Onların tərkibində olan gübrənin zərərli maddəsi insan orqanizimində toplanır. Bu da insanlara ciddi problemlər yaradır. İnsanlar hər bir meyvə və tərəvəzi öz vaxtında yeməlidir. Bu zaman onlara həmin meyvə və tərəvəzlərin xeyri olacaq ki, ziyanı olmayacaq”.

Qeyd edək ki, son günlər bazarlarda müxtəlif vasitələrlə vaxtından əvvəl yetişdirilmiş çiyələk və qarpız satılır.

Tarix
2018.04.21 / 01:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla