Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 May 2018


Azərbaycanda bu virusa yoluxanların sayı açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hal-hazırda respublikada 5831 nəfər İİV-li xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693 nəfəri qadındır.

Axar.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.

Onun sözlərinə görə, 1987-ci ildə Azərbaycanda ilk dəfə İİV virusu aşkar olunandan bu günə qədər QİÇS mərhələsində olan vətəndaşların sayı 2103 nəfərdir, 904 nəfər vəfat edib:

"2018-ci ilin son 4 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 193 nəfərdir. Onlardan 188 nəfəri Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış 188 nəfərdən 123-ü kişi, 65 nəfəri isə qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan Respublikası vətəndaşlarının sayı 46 nəfərdir. Həmin müddətdə İİV infeksiyasının daşıyıcısı olan 16 nəfər ölüb".

E. Muradov bildirib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları arasında 23 nəfər parental kontakt, 89 nəfər heteroseksual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə İİV-ə tutulub:

"Qeydiyyatda olanlardan 42,2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub. Ana hamilə olan vaxtı müalicə olunarsa, uşağa keçmir. İldə orta hesabla 40-50 nəfər HİV infeksiyalı ana hamilə qalır. HİV infeksiyalarına yoluxanların 2,6 faizi isə homoseksuallardan keçib. Azərbaycan İpək yolu üzərində yerləşdiyi üçün buradan narkotik trafiki keçir. Bir yol Cənubdan Şimala, ikinci yol Şərqdən Qəribə olan yoldur. Bu yollar olan inzibati ərazilərdə HİV-ə yoluxma daha çoxdur. Ən çox cənub zonası Lənkəran, Astara, Şirvan rayonları üstünlük təşkil edir. MDB ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxma xeyli aşağıdır".

Tarix
2018.05.18 / 12:18
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Pediatrdan məsləhət: Uşaqları təmiz saxlamayın

Nazir məşhur həkimi niyə işdən çıxartdı?

Bu dərmanlar ürəktutmasına və insulta səbəb olur

Ebola iri şəhərlərə yayıldı – ÜST təcili toplanır

Zəkalı olmağa yardım edən inanılmaz üsul

Tibb qiymətləri niyə əcnəbiyə də, bizə də eynidir? – Rəsmi

Qocalmanı tezləşdirən qidalar

Damar daralmasının qarşısını alan qidalar

Ölən direktorun yerinə qardaşı oğlu təyin edildi

Öd daşı nə zaman yaranır?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla