Yuxarı

Bu dərmanlar ürəktutmasına və insulta səbəb olur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan alimləri dünyada ən geniş yayılmış beş ağrıkəsicinin nə dərəcədə təhlükəli olduğunu aydınlaşdırıblar.

Axar.az bildirir ki, tədqiqatın nəticələri "British Journal of Clinical Pharmacology" jurnalında dərc edilib.

Alimlər yüksək təzyiqdən əziyyət çəkən 56 min pasiyent barədə məlumata istinad ediblər. Məlum olub ki, ibupren, diklofenak, tselekoksib, mefenamik turşusu və naproksen preparatları ürəktutmasına və insulta səbəb olur. Orta hesabla ibupren qəbul edən 330 nəfərdən birində dörd həftə ərzində ürəktutması və ya insult qeydə alınıb. Tselekoksib daha təhlükəli preparatdır, çünki orta hesabla 105 xəstədən biri eyni nəticə ilə üzləşib.

Müvafiq olaraq diklofenak və naproksen qəbul edən xəstələrdə isə orta hesabla 245 və 214 nəfərdən biri ürəktutmasına və insulta məruz qalıb.

Bu preparatlar arasında ən təhlükəsizi mefenamik turşusudur, çünki orta hesabla 394 xəstədən birində ürəktutması müşahidə olunub.

Daha əvvəl məlum olub ki, ibupren qəbul edən kişilər sonsuzluq problemi ilə üzləşə bilərlər. İbupren hamiləliyin ilk üç ayında qadın cinsindən olan dölün fertilliyinə də pis təsir göstərir.

Tarix
2018.05.19 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla