Yuxarı

Xərçəngin çarəsi Yapon dənizində tapıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Elmlər Akademiyası Orta Asiya Şöbəsi A.V.Jirmunski adına Biologiya və Dəniz İnstitutunun alimləri Yapon dənizində yeni növ dərmanlar, antibiotiklər, eləcə də şişə qarşı olan preparatların əsası ola biləcək dərin sularda yaşayan mikroorqanizmlər tapıblar.

Bu haqda məlumatı Vladivostokda keçirilən "Sərhədsiz Təbiət" Beynəlxalq Ekoloji Forumda REA OAŞ-ın sədr müavini, REA OAŞ Biologiya və dəniz institutunun direktoru akademik Andrey Adrianov elmi məruzəsində verib.

Akademik belə deyir: "Bu il Kuril-Kamçatka yarğanında dərin sularda bir neçə araşdırma aparılıb. Hardasa 5 min metr dərinlikdə yüksək bioloji müxtəliflik aşkarlanıb. Yığılmış 700 növdən yarısı elm üçün tamamilə yeni növlərdir".

O xatırladıb ki, 2010-cu ildə Yapon dənizində "Tapıntı" körfəzindən şimalda olan kontinental yamacın araşdırmaları zamanı rus-alman araşdırma ekspedisiyasının iştirakçıları da 3,6 km dərinlikdən 600 növ mikroorqanizm seçərək götürüblər. Bununla belə, onların 1/3-i müasir elmə məlum deyildi. Alimlər güman edirlər ki, onlar yeni bioloji birləşmələrin əsasında yeni növ dərmanlar hazırlaya bilərlər.

Adrianovun sözlərinə görə, bioloji aktivlik tapılmış mikroorqanizmlərin 60%-nə məxsusdur və bu aktivliyin yarısı şişə qarşı xüsusiyyət daşıyan aktivlikdir. İndiki halda antibakterial vasitələrin effektivliyinin səmərəliliyini itirdiyi zamanda alimlər tərəfindən aşkarlanmış bu bakteriyalar antibiotiklərin əsası kimi istifadə oluna bilər.

Tarix
2013.10.16 / 12:50
Müəllif
Nərminə Allahverdiyeva
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla