Yuxarı

Mənfi rəy alan yağa nazirlik qadağa qoymayıb - AEM

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zink Omeqa” balıq yağı qadağan olunmayıb, ekspertiza nəticəsində mənfi rəy alıb.

Bu sözləri Axar.az-a Səhiyyə Nazirliyi tərəfindən “Zink Omeqa” balıq yağının qadağan olunması xəbərinə münasibət bildirən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova deyib. O bildirib ki, mənfi rəy əhaliyə onun istifadə etməməsi üçün olan çağırışdır:

“Analitik Ekspertiza Mərkəzinin apardığı araşdırma onun istifadəsinin məqbul olmadığını göstərdi. Ekspertiza nəticəsində məlum oldu ki, sözügedən balıq yağı istifadə üçün lazım olan parametrlərə cavab vermir”.

E.Ələkbərova mənfi rəyin həmin məhsulun tərkibindəki dərmanın dozadan artıq və ya kefiyyətsiz olması səbəbindən verildiyini bildirib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) mənfi rəy alan Bioloji Fəallığa Malik Qida Əlavələrinin (BFMQƏ) siyahısında dəyişiklik edib. Yeni siyahıda 23 Bioloji Fəallığa Malik Qida Əlavəsinə mənfi rəy verilib və onların adları siyahıya əlavə edilib. Mənfi rəy alanlar arasında “Zink Omeqa” balıq yağı da var.

Tarix
2018.07.09 / 16:57
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla