Yuxarı

Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin yekunlarına görə dərc etdirdiyi bülletendə dünya əhalisinin ölümünə səbəb olan 10 əsas faktor göstərilib.

Birinci yerdə ürəyin işemik xəstəliyi, ikinci yerdə insult, üçüncü yerdə tənəffüs yollarının respirator infeksiyaları durur. Əsrin bəlası olan xərçəng 5-ci yerdədir. 6-cı yerdə getdikcə yayılan diabet. Siyahının sonuncu yerini yol qəzaları tutub. Hansı ki, hər il yüzminlələ insanın həyatına son qoyur.

Media.az xəbər verir ki, həkim-terapevt Bəyaz Əliyeva bugünkü gün Azərbaycan vətəndaşlarının ölümünə daha çox ürək-damar xəstəliklərinin səbəb olduğunu bildirib:

"Ölkədə ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklər səbəbindən baş verir: ürək infarktı, insult ölümlərin 50%-nin səbəbidir. İkinci yerdə bizdə - onkoloji xəstəliklər durur, 11%.

Bu xəstəliklərin yayılmasının səbəbi insanların zərərli qidalanması, daha çox duz və şəkər qəbul etməsi, passiv, oturaq həyat tərzi keçirməsi ilə bağlıdır".

Həkim yaxın gələcək üçün proqnozların ürəkaçan olmadığını da bildirib.

ÜST-ın proqnozlarına görə, 2025-ci ildə 20 milyon insan onkoloji xəstəliyə yoluxacaq. Bu xəstələrin böyük qismi aşağı və orta gəlirli ölkələrin payına düşür. Ona görə bu proqnoz Azərbaycan üçün də kifayət qədər pessimistikdir.

Tarix
2018.07.14 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla