Yuxarı

Həkimin qurbanı olan gənclə bağlı ilk proses keçiriləcək

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arı sancan gənci əməliyyat masasında öldürən həkim Tağı Əliyevlə bağlı işə Sabunçu Rayon Məhkəməsində baxılacaq.

Axar.az xəbər verir ki, ölüm işiylə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxaran Sabunçu rayon prokurorunun böyük köməkçisi, I dərəcəli hüquqşünas Turan Abasovdan ailə şikayət verib. Şikayətə Sabunçu Məhkəməsinin hakimi Əhmədov Fəqan Rövşən oğlu 25 iyul tarixində baxacaq.

Əməliyyat zamanı ölən Cavid İmanlının atası Filman Həsənov bildirib ki, hakim F.Əhmədovun faktı obyektiv araşdıracağlına və oğlunun ölümünə səbəb olan insanların məsuliyyətə cəlb edilməsinə nail olacağına inanmaq istəyir.

Qeyd edək ki, ötən ilin oktyabr ayında 24 yaşlı Cavid İmanlının qolunu arı sancması nəticəsində o, 3 saylı Kliniki Tibbi Mərkəzin həkimi Tağı Əliyevə müraciət edib. Həkimə gedən C.İmanlını məcburi, heç bir analiz olmadan, ailəsinə məlumat vermədən əməliyyata salan həkim gəncə adi palatada digər xəstələrin yanında narkoz verərək əməliyyat etmək istəyib. Lakin gənc narkoz səbəbindən şok keçirib və dünyasını dəyişib.

Tarix
2018.07.20 / 16:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla