Yuxarı

Qarpızın möcüzəvi faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli Diet və Qidalanma eksperti Serab Gözəl qarpız istehlak edərkən diqqət yetirilməsi lazım olanları və qarpızın faydalarını izah edib. Gözəl, "Gündə ortalama 2-3 boşqab qarpız yemək olar, amma bu miqdar adama görə dəyişər" deyir.

Şərq-az-ın məlumatına görə, qarpızın sağlamlığa faydaları saymaqla bitmir. Bir boşqabı 50-60 kalori olan qarpız həm sərinlik verir, həm də şirin ehtiyacını qarşılayır. Ancaq qarpızın qəbulu adamın cinsiyyətinə, hərəkətinə, sağlamlıq vəziyyətinə, boy və kilosuna görə dəyişməlidir.

Qarpızı hər kəs istehlak edə bilər. Qarpızın maye məzmunu yüksək olduğu üçün böyrək xəstələrinin diqqət yetirərək yemələri məsləhətdir.

Şəkər xəstələri qarpız yeyə bilər, amma miqdara diqqət yetirməlidir. Çünki miqdar çox olsa qan şəkərini yüksəldər və arzuolunmaz vəziyyətə səbəb olar. Diabetli kəslər qarpız istehlak edəcəkləri zaman boşqaba diqqət yetirməli - 1 paydan, 1 boşqabdan çox istehlak etməməlidir.

Qarpızın faydaları nələrdir?

* Gündəlik meyvə ehtiyacını qarşılayar.

* Lif ehtiva etdiyi üçün bağırsaqları işlədir.

* Qırmızı meyvələrdə antosiyanin və likopen yüksəkdir və bunlar ürək xəstəlikləri, infarkt və bəzi xərçəng növlərinə (xüsusilə prostat) qarşı müdafiə xarakterinə malikdir.

* Su ehtiva etdiyi üçün gündəlik maye ehtiyacını qarşılayar.

* C vitamini və folik turşu yüksəkdir. C vitamini xəstəliklərə qarşı müdafiə rolunu oynayan ən yaxşı antioksidan vitaminlərdən biridir.

* Qırmızı meyvələr inflamasyonu azaldar və antioksidan xüsusiyyətlərə sahib bəzi flavonoidler ehtiva edər. Qarpızın bu səbəblə xəstəliklərə qarşı qoruyucu və immuniteti gücləndirici təsiri var.

Tarix
2018.07.23 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla