Yuxarı

Azərbaycanlı həkim 25 illik korun gözlərini açdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulanı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.

Teleqraf.com xəbər verir ki, oftalmoloq cərrah Mehriban Əlizadə türk həkimlərinin yaratdığı Könüllülər Dərnəyinin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi “Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigerə səfər edib.

Mehriban Əlizadə əsasən Aguie adlanan regionda sağlıq xidmətləri göstərib, göz problemləri olan şəxsləri müayinə edib.

Tibbi xidmət zamanı Xədicə Şəfahət adlı şəxs uşağının gözlərini müayinə etmək məqsədilə həkim qəbulunda olub. Bu zaman azərbaycanlı həkim Xədicənin gözlərində mirvari suyu olduğunu sezib. Bəlli olub ki, Xədicə Şəfahət anadan kataraktla doğulub və 25 ildir ki, görmə qabiliyyəti yoxdur. Övladını, həyat yoldaşını, dünyanı görməyən ananı müayinə edən Mehriban Əlizadə təcili onu əməliyyat otağına götürüb. Bir gün sonra gözləri sarğıdan açılan Xədicə Şəfahətə ilk dəfə dünyanı, övladını və həyat yoldaşını görüb.

“Övladını müayinəyə gətirmişdi. Mən Xədicənin qəribə baxışları olduğunu sezdim. Diqqət etdiyimdə gözündə ağ katarakt olduğunu gördüm. Xəstəni dərhal əməliyyata götürərək gözlərinə linza qoyduq. Bir gün sonra gözlərini açdıqda qüsursuz şəkildə dünyanı, övladını görə bildi. Ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində, bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur”,- uzman oftalmoloq cərrah Mehriban Əlizadə təəssüratlarını bölüşərkən bildirib.

Məlumat üçün bildirək ki, Nigerə səfər edən könüllü həkim qrupu 635 katarakt əməliyyatı, 1523 göz müayinəsi, 1118 diş müayinəsi, 3403 terepevtik müayinə, o cümlədən 1000 körpənin müayinəsi, 400 ultrasəs müayinəsi həyata keçirilib.

Tarix
2018.08.05 / 12:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla