Yuxarı

Kişilərə yaşamağa imkan verməyən qadınlar imiş

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın aparıcı ölkələrində insanların yaşamaq üçün maksimum yaş həddi 89,6 il kimi götürülür. Dünyanın aparıcı ölkələrinin araşdırmalarında göstərilir ki, ən çox ömür sürən qadınlardır. Kişilərlə müqayisədə qadınlar 7 yaş çox ömür sürürlər. BBC Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilir ki, Avropada kişilər qadınlardan az yaşayır. Cinslər arasında ömür fərqi ortalama 7,5 ildir.

Qadınlarda bərpa mexanizmi

Aradakı fərqi isə yaşam tərzi ilə əlaqələndirirlər. Bunu qadınların kişilərdən fərqli olaraq zərərli vərdişlərdən uzaq olması ilə izah edirlər. Üstəlik bildirilir ki, qadınların bütün zərərlərə qarşı bərpaedici funkisiyaları var. Həkimlər bunu həyat tərzi və iş şəraitinin fərqli olması ilə bağlayırlar. Amerikalı alimlər bildirirlər ki, qadınların orqanizmi zərər görən hüceyrələri bərpa etmə funksiyasına malikdir. Bu funksiya kişilərdə olmadığından, onlar itirilmiş hüceyrələri bir daha qazana bilmirlər.

İnsanlar uzun ömrün səbəbini yaxşı, xoşbəxt həyat tərzi sürməklə də əlaqələndirirlər. Bakı ərazisində isə yaşı yüzü keçən cəmi 56 insan var ki, onların da hamısı qadınlardır.

Evdar qadınlar daha çox yaşayır

İşgüzar xanımlarla müqayisədə evdar xanımlar daha çox yaşayır. Aparılan araşdırmalarda göstərilir ki, evdar xanımlar daim evdə oturmaqlarından şikayətlənsələr də, bundan məmnunluq hissi duyurlar. Bu da onların çox yaşamaqları ilə nəticələnir.

Azərbaycan uzunömürlülüyü ilə daim fərqlənib. 1989-cu ildə Azərbaycanda 2645 uzunömürlü qeydə alınıb. Onlar arasında qadınlar liderliklərini qoruyub saxlaya biliblər.

2000-ci ildə isə gözlənilən ömür həddi ümumilikdə 71,8 il olub. Bu, qadınlarda 75,1, kişilərdə isə 68,6 yaş təşkil edib.

2000-ci ildən fərqli olaraq, hazırda ortalama yaş həddində artım müşahidə olunur. Statistika Komitəsindən bildirilir ki, ölkədə ortalama yaş həddi 73,6 ildir.

Hazırda Azərbaycanda 100 yaşından yuxarı 923 insan pensiya alır. Onlardan 855 nəfəri qadın, 68-i isə kişidir.

Tarix
2013.10.03 / 16:36
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla