Yuxarı

Qida zəhərlənməsi ilə bağlı cinayət işi başlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabranda qida zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə , sentyabrın 3-də Şabran şəhər sakinləri Rövşən Qasımov, Qəşəm Məmmədov, Fəyyaz Qasımov və Mehman Dünyamalıyevin “qida zəhərlənməsi” diaqnozu ilə Şabran rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər sentyabrın 2-də Şabran şəhəri ərazisində fəaliyyət göstərən “Gilavar” kafesində özləri ilə gətirdikləri şəhər sakini Fuad Məcidova məxsus ərzaq mağazasından alınmış hisə verilmiş balığı yedikdən sonra səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət ediblər.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən ərzaq mağazasından hisə verilmiş balıq nümunələri götürülərək laborator müayinəsinə göndərilib.

Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Tarix
2018.09.05 / 17:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla