Yuxarı

İnsanların həyatı bu üzdən riskə girir – Millət vəkili

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tovuzda kənd xəstəxanalarını ziyarət edib, həkim və tibb işçilərinin qayğıları ilə maraqlanıb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı kənd sakinlərinin bir sıra xəstəliklərlə bağlı tibbi baxımdan maarifləndirilməsinin vacib olduğunu bildirib.

Deputat sakinləri tibbi maarifləndirilmənin həyata keçirilməsində fəal olmağa səsləyib:

“Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Hər bir insan ən azı özünün sağlamlığı üçün elementar tibbi biliklərə malik olmalı, bu sahədə hüquqlarını və qanunla müdafiəsini bir az da olsa, bilməlidir”.

Q.Paşayeva bu gün bir çox xəstəliklərin sürətlə artdığını, bəzən insanların həyatının elementar tibbi bilgisizlik və ya vaxtında addım atmaması səbəbindən riskə girməsi hallarının azalmadığını deyib.

O bildirib ki, ana və yeni doğulan körpənin sağlamlıq məsələləri ilə bağlı əhalinin xüsusilə KİV vasitəsilə geniş maarifləndirilməsinə böyük ehtiyac var:

“Bu istiqamətdə qanunvericilik sahəsində də lazımı addımlar atılmaqdadır. Qadağalar və cərimələrlə problemləri və narahatlıqları tamamilə həll etmək mümkün deyil. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə böyük ehtiyac var. Bu işlər birlikdə görülərsə, o zaman istənilən nəticələri əldə edə bilərik”.

Millət vəkili həmçinin kənd ziyalıları və sakinləri ilə də görüşüb, onları uşaqlar və gənclər arasında siqaretə və narkomaniyaya meyilliliyin artmaması istiqamətində aktiv mübarizəyə səsləyib.

Bu işdə ziyalıların, müəllim və valideynlərin üzərinə böyük vəzifələr düşdüyünü deyən millət vəkili “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanunun yerlərdə icra olunmasının vacibliyini də vurğulayıb.

Tarix
2018.09.07 / 11:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla