Yuxarı

Zaqataladakı ana ölümü ilə bağlı cinayət işi başlanıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb.

Report-un məlumatına görə, sentyabrın 5-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızının doğuş zamanı ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Tibb işçisinin (yaxud işçilərinin) günahları sübuta yetiriləcəyi təqdirdə onları iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, sentyabrın 5-də Zaqatalanın Uzunqazmalar kənd sakini, 1994-cü il təvəllüdlü Karatova Sevgiya Eyyub qızı səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saalarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Mərhumun yaxınlarının bildirdiyinə görə, S.Karatova narkozdan ayılmayıb.

Körpənin vəziyyəti normaldır.

Qeyd edək ki, S.Karatovanın yaşyarımlıq oğlu da var.

Tarix
2018.09.07 / 16:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla