Yuxarı

Tənqidçinin ölümünə görə həbs edilən həkim yenidən iş başında

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında aparılan əməliyyat zamanı BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümünə səbəb olan anestezoloq Firuz İbrahimov həbs müddəti başa çatmamış, amnistiya ilə azadlığa çıxdıqdan sonra Bakı Sağlamlıq Mərkəzində işə başlayıb.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2015-ci il tarixli qərarı ilə Elnarə Tofiqqızının ölümündə birbaşa günahkar bilinən Firuz İbrahimov 2,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin o, cəmi 10 ay həbs yatdıqdan sonra amnistiyaya düşərək həbsdən azad oldu. Bunun ardınca isə həbs müddəti tam başa çatmamış, 2017-ci ilin 1 aprel tarixində Bakı Sağlamlıq Mərkəzində anestezoloq kimi işə götürülərək yenidən fəaliyyətə başlayıb.

2018-ci il 31 iyul tarixində Bakı Sağlamlıq Mərkəzindən verilən rəsmi arayışda F.İbrahimovun həqiqətən də sözügedən klinikada işlədiyi bildirilib. Lakin mərkəz insan ölümünə səbəb olan və bu səbəbdən həbs edilən, hələ həbs müddəti tam başa çatmamış şəxsi hansı əsaslarla işə götürdüyünü cavablandırmayıb.

Maraqlıdır ki, Mərkəz F.İbrahimovun ötən ay fəaliyyətinə son qoyulduğunu və işdən çıxarıldığını şifahi şəkildə bildirib. Bakı Sağlamlıq Mərkəzinin F.İbrahimovun işdən guya azad edilməsi ilə bağlı məlumatı qeyri-rəsmi formada bildirməsi isə heç də birmənalı deyil.

Belə ki, Ali Məhkəmənin 5 mart 2018-ci il qərarına əsasən, E.Tofiqqızının ölümündə təqsirli bilinən F.İbrahimov zərəçəkən Anar Niftəliyevə təzminat ödəməlidir. Məhkəmə prosesində zərərçəkən Anar Niftəliyevin hüquqlarını qoruyan Müvəkkil Hüquq Mərkəzinin sədr müavini Könül Quliyevaya bu gün klinikadan bildirilib ki, F.İbrahimov Bakı Sağlamlıq Mərkəzində çalışdığı vəzifədən azad edilib.

K.Quliyevanın sözlərinə görə, 31 iyul 2018-ci il tarixində rəsmi arayışla F.İbrahimovun işlədiyi bildirildiyi halda indi bu cavabın şifahi olaraq verilməsi bir tərəfdən F.İbrahimovun işə alınması ilə bağlı mənəvi məsuliyyətdən yaxa qurtarmağa hesablanırsa, digər tərəfdən borclu tərəfin ödənişdən qərəzli formada boyun qaçırması anlamına gəlir.

K.Quliyeva bildirib ki, Cinayət Məcəlləsinin 306-cı maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etməməyə görə cavabdehin 5 ilə qədər azadlıqdan məhrum etməsini nəzərdə tutur və artıq bununla bağlı Nərimanov rayon məhkəmə qərarlarının icrası şöbəsinə müraciət edilib.

Tarix
2018.10.08 / 15:41
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla