Yuxarı

Həkimlərə güvənsizliyin səbəbkarı elə həkimlərdir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə həkimlərə qarşı güvənsizliyin birinci səbəbkarı elə həkimlərin özləridir.

Axar.az xəbər verir ki, bu fikirləri pediatr, uşaq həkimi Altay Abdullaoğlu həmkarlarına olan münasibətdən və etibarsızlıqdan danışarkən bildirib.

Pediatr deyib ki, bu gün tibbə olan güvənsizliyin iki əsas səbəbi var. Bu səbəbləri araşdırmaq və aradan qaldırmaq lazımdır:

“Bu güvənsizlik həm həkimlərə, həm xəstələrə, həm valideynlərə, ümumiyyətlə, ictimayyətimizə ziyan vurmaqdadır. Buna görə də bunun səbəblərini araşdırmaq və aradan götürmək lazımdır.

İlk səbəbkar həkimlərin özləridir. Həkimlərin bilik səviyyələrinin aşağı olması və yanlış diaqnozların qoyulması nəticəsində xəstələr həkimlərə güvənmir. Təbii ki, bunda da həkimlərdən asılı olan və olmayan tərəfləri var. İmkanı olan həkimlər xaricdə püxtələşir, imkanı çatmayan həkimlər isə bundan məhrum olurlar. Əlavə olaraq həkimlər aldıqları təhsillə kifayətlənməməli, kurslara, konfranslara qatılmalı, elmi məqalələr oxuyaraq özlərini yetişdirməlidirlər.

Digər bir nüans isə həkimin mənəvi cəhətdən üstün bir şəxs olmasının vacibliyidir. Xəstələrinə qarşı empati duymalı və onlara psixoloji dəstək verməlidir”.

Pediatr bildirib ki, ikinci bir səbəb isə cəmiyyətdə həkimlər barədə formalaşmış baxış bucağıdır:

“Niyə görəsə, xəstə yaxınları və cəmiyyətin üzvləri elə düşünürlər ki, həkimlər bütün xəstəlikləri müalicə etməlidir. Qısa müddətdə xəstəlik yoxa çıxmalı və heç bir ağırlaşma olmamalıdır. Onların fikrincə, ən yaxşı həkim budur və xarici ölkələrdə də ancaq belə həkimlər var. Təəssüflər olsun ki, belə deyil. Müasir təbabət nə qədər inkişaf etsə də, onun da cavabını bilmədiyi məqamları var.

Bir çox xəstəliklər var ki, onların nə səbəbi, nə də diaqnozu bəllidir. Verilən dərmanlar təsir göstərməyə bilər. Yaxşı həkim odur ki, müasir təbabət çərçivəsində müayinə etsin, diaqnoz qoysun və müalicə aparsın”.

Tarix
2018.10.16 / 00:14
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla