Yuxarı

Eşşək südü qalmaqalı: faydalıdır, ya yox? – Rəylər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Azərbaycanda eşşək fermasının yaradılması ilə bağlı yayılan məlumatlar gündəmə çevrilib. Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən fermada istehsal olunan eşşək südünün litri 80 manata satılır. Fermanın nümayəndəsi Ülvi Hidayətzadə fermadakı heyvanların həkim nəzarətindən keçərək peyvənd olunduğunu bildirib. O, istehsal edilən eşşək südünün standartlara uyğun qablaşdırıldığını və müəssisənin sertifikatı olduğunu söyləyib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sözügedən təsərrüfat subyektinin qanunvericiliyi pozaraq, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyətə başladığını açıqlayıb. Hazırda ölkəmizdə eşşək südünün istifadəsi, müalicəvi əhəmiyyəti barədə heç bir normativ sənəd mövcud olmadığını bildirən agentlik, qeyd olunan təsərrüfat subyektinin fəaliyyəti ilə bağlı araşdırmalar aparıldığını vurğulayıb.

Axar.az xəbər verir ki, ölkəmizdə əhali arasında eşşək südünün türkə-çarədə faydalı olması ilə bağlı fikirlər mövcuddur. Hətta təbii üsullarla müalicə eksperti, həkim Seyfəddin Əsəd bildirib ki, eşşək südünün faydası misilsizdir. Onun sözlərinə görə, Azərbaycanda bu süddən hələlik yalnız göy öskürəyin müalicəsi zamanı istifadə edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Musavat.com-a açıqlamasında ölkəmizdə eşşək südünün satılmasının yolverilməz olduğunu, bu məhsulun faydaları haqqında yayılan məlumatların inandırıcı görünmədiyini deyib. Ekspertin fikrincə, eşşək südünü tərifləyən insanlar elmi tədqiqat jurnallarında eşşək südünün nəyəsə faydası olduğunu sübut edən məqalələrlə çıxış etməlidilər. E.Hüseynov həmçinin qeyd edib ki, əgər Qida Təhlükəsizliyi Agentliyi eşşək fermasına sertifikat versə, şəxsən özü əhalini boykota çağıracaq. AİB sədri eşşək südünün insan səhhətinə faydalı olmadığını desə də, internetdə bu südün faydaları haqqında xeyli sayda informasiya var.

Ekspertlər eşşək südünün xərçəng xəstəliyinə, bronxit, astma, osteoparoz (sümük əriməsi) kimi xəstəliklərə faydalı olduğunu bildirir. Məlumata görə, eşşək südü sinir hüceyrələrinin yenilənməsinə və immunitetin qüvvətlənməsinə yardımçı olur. Eşşək südünün tərkibində bol miqdarda omeqa-3 və omeqa-6 yağ turşuları mövcuddur. Bu səbəblə, ürək və damar xəstəliklərinin qarşısının alınmasına, alzaymerə və sinir sisteminə, xolesterolu salmağa çox faydalıdır. İnək südünə nisbətlə eşşək südündə 60 qat daha çox C vitamini var. Qəbizliyin qarşısını alır, bağırsaqları rahatlaşdırır. Eşşək südü dərini təmizləyir və qidalandırır. Bu məhsul bakteriya öldürmə xüsusiyyətinə malikdir. Eşşək südü inək südü və digər süd məhsullarına nisbətdə yağ və zülal aşağı səviyyədə olduğu üçün rahat həzm olunur.

Türkiyəli dosent, həkim Üfüq Usta eşşək südünün müxtəlif allergik xəstəliklərə, həzm problemlərinə, ürək-damar sistemi xəstəliklərinə qarşı effektiv üsul olduğunu, yaşlanmanı gecikdirdiyini söyləyib.

Tarix
2018.10.29 / 15:06
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla