Yuxarı

Uşaqların vaxtından tez yeriməsi təhlükəlidir - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtından əvvəl, yəni 10 ayından aşağı uşaqların yeriməsi genetikdir. Bunu valideynlər sevindirici hal kimi qiymətləndirir, amma bilmək lazımdır ki, vaxtından əvvəl yerimək uşaqlara mənfi təsir edir.

Bu sözləri Axar.az-a açıqlamasında pediatr Kəmalə Əmrahova deyib. O bildirib ki, bir müddət sonra uşağın normal yerimə vaxtı yetişdikdə yerişində müəyyən problemlər üzə çıxa bilər:

“Uşaqların vaxtından əvvəl yeriməsi onlarda sümük problemlərinin yaranmasına səbəb ola bilər. Onların normal yerimə vaxtı 10-11 aylığından sonra sayılır. Bu proses 1 yaş 8 aylığına kimi davam edə bilər. Əgər uşaqlar 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu tibdə patologiya sayılır. Bunun səbəbləri nevroloq və pediatr vasitəsi ilə üzə çıxarılmalıdır”.

Kəmalə Əmrahova uşaqların dil açma müddətindən də danışıb:

“6 ayından başlayaraq körpələr tək-tək sözlər deyir. 1 yaş və 1 yaş 2 aylığında artıq uşaqlar qısa cümlələr qurmağı bacarmalıdır. Onlar həmin dövrdə ətrafdakı insanların nə dediyini anlayır. İki yaşında sonra isə sərbəst danışa bilirlər. Əgər 1 yaşı tamam olan uşaq iki sözdən ibarət cümlə qura bilmirsə, bu, artıq nevroloji patologiyadan xəbər verir. Uşaqda dilin gec açılması əqli inkişaf geriliyinə səbəb olur”.

Tarix
2018.10.29 / 17:35
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla