Yuxarı

Ağ çörək - Təhlükəli məhsul

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstehlakçılar arasında ən populyar çörək növü əla növ undan hazırlanmış ağ çörəkdir. Lakin diyetoloqların fikrinə görə, bu çörək növü insan orqanizmi üçün ən ziyanlıdır.

Sağlamolun.az-ın məlumatına görə, Britaniya kardioloqu Uilyam Devis sübut edir ki, hal hazırda ağ çörəyi genləri dəyişdirilmiş hibrid buğdadan hazırlayırlar. Bu isə çox ziyanlıdır və belə çğrəyin daim istehlakı gələcəkdə gözlənilməz təhlükəli nəticələr verə bilər.

Amerikalı həkim-ekspert Endrü Rubman da ağ çörəyin istehlakını sağlamlıq üçün olduqca ziyanlı hesab edir. Bu xüsusilə diabet xəstəliyinə genetik meyli olan insanlara aiddir.

Bundan əlavə ekspertin sözlərinə görə, istehsalçılar ağ çörəyin tərkibinə onu daha dadlı və yumşaq etmək üçün müxtəlif kimyəvi maddələri əlavə edirlər. Bu isə çörəyi daha da ziyanlı edir.

ABŞ-da aparılmış araşdırma göstərib ki, ağ çörəyin daim istehlakı immun sisteminə mənfi təsir edir. Həmçinin Journal of Cancer nəşrinin məlumatına görə, ağ çörəyin müntəzəm olaraq istehlakı xərçəng xəstəliyinin riskini artırır.

Bütün bunları nəzərə alaraq mütəxəssislər ağ buğda çörəyinin əvəzinə çovdar unundan hazırlanmış çörəyi istehlak etməyi tövsiyə edirlər.

Tarix
2018.10.31 / 01:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla