Yuxarı

Şok: Uşaqların 93 faizi çirklənmiş hava ilə nəfəs alır...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada 15 yaşınadək uşaqların 93 faizi (1,8 milyard azyaşlı) çirklənmiş hava ilə nəfəs alır. Hava çirkliliyi nəticəsində onların sağlamlığında ciddi fəsadlar yaranır, hətta ölüm halları müşahidə olunur. 2016-cı ildə hava çirkliliyi ilə əlaqədar uşaqlarda aşağı tənəffüs yollarının infeksiyası nəticəsində 600 min azyaşlı həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Dünya Səhiyyə Təşkilatının (DST) yeni hesabatında qeyd edilib. Hesabatda dünyada, xüsusən aşağı və orta gəliri olan ölkələrdə həm atmosferdə, həm də qapalı məkanlarda zəhərli havanın uşaqların sağlamlığına mənfi təsiri ilə bağlı aparılan tədqiqatın nəticələri yer alıb. Hesabatda deyilir ki, çirkli havanın təsirinə məruz qalan hamilə qadınlar böyük ehtimalla vaxtından əvvəl doğur və ya normadan az çəkisi olan uşaqlar dünyaya gətirirlər.

“Hava çirkliliyi uşaqlarda əsəb pozuntularına, zehni qabiliyyətin aşağı olmasına, həmçinin bronxial astma və xərçəng xəstəliklərinə səbəb olur. Yüksək dərəcədə toksik havaya məruz qalan uşaqlarda ürək-damar xəstəlikləri də yarana bilər.Uşaqların zəhərli havaya daha həssas reaksiya verməsinin səbəblərindən biri onların daha tez-tez nəfəsalması və toksik maddələri daha çox udmasıdır. Boyu hündür olmayan azyaşlılar, həmçinin zəhərli maddələrin daha çox toplandığı torpağa daha yaxın olurlar. Nəzərə almaq lazımdır ki, inkişaf mərhələsində olan uşaq beyini və orqanizmi çox kövrəkdir. Yeni doğulan körpələr və azyaşlılar qapalı məkanlardakı yanacaq növləri, yemək hazırlanması və qızdırılması, işıqlandırma ilə bağlı yaranan hava çirkliliyinə qarşı da həssasdırlar”,- hesabatda qeyd edilib.

DST-nin ekspertləri məktəblərin və uşaq bağçalarının hava çirkliliyi yaradan müəssisələrdən, intensiv hərəkətin olduğu avtomobil yollarından uzaqda inşa edilməsini tövsiyə edirlər.

Tarix
2018.11.04 / 01:24
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla