Yuxarı

Bunlar ağır xəstəliyin göstəricisi ola bilər - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox zaman heç bir şikayəti olmayan, ümumi halsızlıq, yorğunluq, iştahsızlıq, temperatur simptomları ilə gələn xəstələrdə gecikmiş formalarda onkoloji şiş aşkarlayırıq.

Bunu Axar.az-a açıqlamasında “Elmed” klinikasının tanınmış terapevti Türkanə Səmədova deyib. O, USM-də yoxlama zamanı tez-tez qadınlarda süd vəzi şişləri aşkarlandığını bildirib:

“Təcrübəmdə daha çox mədə-bağırsaq onkologiyalarına rast gəlmişəm. Ağciyərlərdə onkologiyaya doğru gedən proseslər də təəssüf ki, faizi çoxdur.

İlk olaraq USM və qan analizlərində problemlə qarşılaşan kimi sona qədər incələyirik. Əgər şübhələndiyim məqam varsa, diaqnozu tapana kimi onun arxasıyca gedirəm. Bu vaxta kimi yanıldığım hallar olmayıb.

Bir gənc qadın xəstəmiz kürəyində ağrılarla bizə müraciət etmişdi. Elə bilirdi ki, sinir ağrısıdır. Hətta masaja, fizioterapiyaya getmişdi, lakin heç bir effekt almamışdı. Anamnez və əllə müayinədən başa düşdüm ki, nəsə problem var. Tomoqrafiyada onurğasında ləkələr, qara kölgələr tapdıq. Maraqlısı budur ki, xəstənin qan analizində göstəricilər normal idi, xəstəliyin heç bir əlaməti yox idi. Masaja getməklə vəziyyəti daha da ağırlaşdırmışdı. Onu Hematologiyaya göndərdik. Gizli genetik analizlərlə leykoz təsdiqləndi. Onkoloq da dedi ki, xanımın onurğasındakı ləkələr leykozdan yaranıb. Erkən diaqnoz qoyduq və xəstə vaxtında müalicəyə başladı”.

Terapevt xəstələrə azı ildə bir dəfə klinikada çekapdan keçməyi tövsiyə edib:

“Onkologiya gizli gedişatı ilə xəstəni və həkimi aldada bilir. Bizdə xəstələri razı salmaq çətindir. Ən asan, ucuz, tez başa gələn analiz, müayinə istəyirlər. Ya da hər şeyi taleyə buraxıb, nə olacaqsa olacaq düşünürlər. Xəstə müalicədən imtina də edə bilər, amma həkim vaz keçməməlidir. Yaxınlarının köməyi ilə, psixoloq dəstəyi ilə onu müalicəyə razı salmaq lazımdır. Xüsusən onkoloji xəstələri inandırmaq, ümidləndirmək çox çətindir. Bu gün terapevtlərin ən böyük problemi xəstəni istədiyi kimi dərindən müayinə edə bilməməsidir. Xəstədə onkologiyaya şübhəm yaranarsa, dərhal bizim klinikada onkomarker analizinə göndərirəm. Onkomarker qan analizi ilə bir çox onkoloji xəstəliklər ilk başda təyin oluna bilir”.

Tarix
2018.11.06 / 17:41
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyandan Qarabağ separatçılarına xəbərdarlıq

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla