Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2017


Üz dərisi üçün müalicəvi və təsirli maskalar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci resept (dəniz ağtikanı yağı, gil və qliserin)

Bu maskanı hazırlamaq üçün tərkibi şüşə fincanda ehtiyatla qarışdırın (tərkibi metal əşyada qarışdırmaq olmaz). Bir çay qaşığı su, bir çay qaşığı dəniz ağtikanı yağı, bir qaşıq qliserin ( apteklərdə satılır), bir xörək qaşığı da kosmetik ağ gil yağı əlavə edin. Hazırlanan tərkibi nazik qatla eyni qaydada üzünüzə çəkin və 15-20 dəqiqə saxladıqdan sonra soyuq suyla təmiz yuyun. Proseduru bitirdikdən sonra tövsiyyə olunur ki, üzünüzə nəmləndirici və ya qidalandıran krem çəkin.

İkinci resept (aloye və bal)

İki xörək qaşığı təzə aloye şirəsi ilə su vannasında isidilmiş bir xörək qaşığı balı qarışdırın. Sonra isə hazırlanan maskanı boyun hissəsinə və üzünüzə çəkin. Təxminən 15 dəqiqə saxlayın, sonra da çəkilən tərkibi ilıq su ilə yuyun.

Üçüncü resept (banan və yulaf yarması)

Bu maska da ev şəraitində asanlıqla hazırlanır. Sizə bir bananın yarısı lazımdır. Bananın yarısını əzin, sonra yulaf yarmasını un şəkilində üyüdüb tərkibləri qarışdırın. Maskanı hazırladıqdan sonra təmizlənmiş üz dərinizə çəkin, 15-20 dəqiqə saxlayın və ilıq su ilə yuyun.

Dördüncü resept (üzüm şirəsi)

Yarım stəkan təzə isidilmiş südü yarım stəkan üzüm şirəsi ilə qarışdırın. Hazırlanan tərkibi ehtiyatla üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Üzünüzə çəkilən maskanı ilıq suyla yuduqdan sonra müalicəvi çobanyastığı losyonu ilə silin.

Beşinci resept (düyü və qreyfurt şirəsi)

Bir xörək qaşığı düyünü qəhvə üyüdəndə üyüdün, iki xörək qaşığı təzə qreyfurt şirəsi və üç qaşıq süd əlavə edib tərkibləri yaxşıca qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin və yarım saat saxlayın. Sonra isə soyuq suya limon şirəsi əlavə edin və bu qarışıqla üzünüzü yuyun.

Altıncı resept ( manna yarması və yumurtanın sarısı)

Əvvəlcə manna sıyığını süddə bişirin. Sonra iki xörək qaşığı sıyığı bir ədəd yumurtanın sarısı və bir az da duzla şüşə fincanda qarışdırın. Maskanı üzünüzə çəkin və yarım saat saxladıqdan sonra soyuq suya limon şirəsi əlavə edib, bununla da yuyun.

Tarix
2013.10.18 / 14:11
Müəllif
Gülnarə Kərimova
Şərhlər
loading...
Digər xəbərlər

Özəl klinikaların ölüm reseptləri: Pulunu ver və...

Körpələrə qoyulan 4 səhv diaqnoz – Diqqətli olun!

Nə üçün qarın üstə yatmaq olmaz?

Uşaqlarda pəltəklik niyə yaranır?

Kərə yağı deyil, zəhər yeyirik – Həkim

Xərçəngdən qoruyan tərəvəz

Uşağı keçəl etmək saçını gurlaşdırırmı? – Həkim

İnsanı dəli edən narkotik maddə - Həkimlər çarəsizdir

Yaddaş zəifliyi olanlara həkim məsləhəti

Körpələri xəstəlikdən necə qoruyaq? – Həkim

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla