Yuxarı

Dərmanı əvəz edən meyvə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xurmanın vətəni Çindir. Xurma əsl təbii vitamin-mineral kompleksidir.

Bu meyvə A və C kimi güclü antioksidantlar, kalium, kalsium, maqnezium, dəmir kimi vacib minerallar, qidalı liflərlə zəngindir. Soyuq fəsillərdə xurmanın istehlakı vitamin çatışmazlığının qarşısını alır.

Axar.az Sağlamolun.az-a istinadən xurmanın insan sağlamlığı üçün faydalarını təqdim edir:

1. Avitaminoz və hipovitaminozlardan əziyyət çəkənlər üçün faydalıdır.

2. Orqanizmin müqavimətini artırır.

3. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə prosesinin qarşısını alır.

4. A vitamini ilə zəngin olduğundan görməni yaxşılaşdırır, orqanizmdə gedən qocalma proseslərini ləngidir.

5. Ürək-damar sistemi üçün olduqca faydalıdır.

6. İnsanı uzun müddət ərzində tox saxlayır, arıqlamağa kömək edir.

7. Orqanizmdən artıq mayeni xaric edir və bununla da ürəyə düşən gərginliyi azaldır.

8. Xərçəng əleyhinə təsirə malikdir.

9. Yodla zəngin olduğundan qalxanvari vəzinin sağlamlığına müsbət təsir edir.

10. Qaraciyər üçün çox faydalıdır.

11. Qidalı liflərlə zəngin olan xurma orqanizmi toksin və s. ziyanlı maddələrdən təmizləyir.

12. Tərkibindəki C və P vitaminləri damarları gücləndirir.

13. Stressin qarşısını alır, depressiya vəziyyətində olanlara kömək edir.

14. İshal zamanı kömək edir.

15. Dəri üçün çox faydalıdır - dərini cavanlaşdırır, daha dartılmış və təravətli edir.

Xəbərdarlıq

Diabet xəstələri, qəbizliyə meylli olan insanlar və 3 yaşına kimi uşaqlar xurma yeməməlidir.

Tarix
2018.11.18 / 01:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla