Yuxarı

“Paraçetamol” ölümə səbəb olur? – Nazirliyin cavabı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi “Paraçetamol 500”dərmanı haqqında sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən Axar.az-a bildirilib ki, sosial şəbəkələr vasitəsi ilə yayılan fotoda “Paraçetamol 500” dərmanının insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib:

“Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paraçetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan “paraçetamol” tərkibli (Paraçetamol 500mg) dərman vasitələri bunlardır: Paraçetomol Sofarma - “Sofarma” SC, Bolqarıstan (tablet), Paraçetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Paraçetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).

Son günlərdə şəbəkə vasitəsi ilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir. Bu səpkili məlumatlar bir necə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan və s. yayılır.

Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə, o cümlədən Votsapda ölkədə “Paraçetamol 500” dərmanlarının satılması və bu preparatdan istifadə edən şəxslərin bir neçə gün ərzində dünyasını dəyişməsi barədə şayiələr yayılmışdı.

Tarix
2018.11.28 / 12:01
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla