Yuxarı

Professordan xərçənglə bağlı 5 tövsiyə: İrana getməyin...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq hüquq üzrə professor, tanınmış ekspert Fərhad Mehdiyev son illərin ən böyük bəlasına çevrilən xərçəng xəstəliyi, bunun yaranma səbəbləri və həkimlərin sözügedən xəstəlik üzərindən öz gəlirlərini güdməsi ilə bağlı maraqlı mövqe sərgiləyib.

Axar.az xəbər verir ki, professor xərçəng xəstəliyi ilə bağlı 5 xüsusi məqama diqqət çəkib:

1. İrana xərçəngin müalicəsi üçün getməyin. Onların həkimlərinin vədlərinə aldanmayın.

2. Xərçəng xəstəsini yaşatmaq ilk mərhələdə aşkar edildikdə mümkündür. Hərçənd bəzi xərçəng növləri müalicəyə daha əlverişlidir, bəziləri isə hansı mərhələdə olursa-olsun, çox çətindir.

3. Almaniyada xərçəng xəstəsinin müalicəsinin qiyməti 200 min avrodan başlayır. 1 və 2-ci mərhələdə olanları yaşadırlar; 3-cü mərhələdə olanlar bəzən, 4-cü mərhələdə olanlar isə demək olar, heç vaxt sağalmır.

4. Xərçəng bir xəstəlikdən daha çox, nəticədir. İmmun sisteminin zəifləməsinin, bədəni uzun müddət zəhərləmənin nəticəsidir. Çalışın gənc yaşdan sağlamlığın qeydinə qalın. İçkidən, siqaretdən, konservləşmiş qidadan, toksik maddələrdən, stressli mühitdən uzaq durun.

5. Çox həris olmayın. Lüks maşınlar, bahalı paltarlar, evlər əldə edə bilməmisinizsə, kefinizi pozmayın, çünki hamısını sonunda itirəcəksiniz. İndiyə kimi bütün insanlar öldükdən sonra yanlarında heç nə saxlaya bilmir, 2 metr uzunluğunda bir qəbir yerindən başqa.

Çalışın, ətrafda daha çox üz güldürün, daha şərəfli həyat yaşayın.

Tarix
2018.11.28 / 14:26
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla