Yuxarı

Uşaqlar idmanla neçə yaşında məşğul olmalıdır? - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər ölkədə valideynlər tərəfindən uşaqların müxtəlif idman növlərinə qoyulması halları artıb. Ölkədə idmana dövlət səviyyəsində qayğı göztərilməsi ailələri buna daha da həvəsləndirir. Lakin bəzən uşağın yaşı nəzərə alınmadan və onun fiziki göstəricilərinə uyğun olmadan seçilən idman uşağa xeyirdən çox ziyan vermiş olur. Bu da hələ sümüklərin inkişaf mərhələsində olduğu bir yaşda uşaqda qalıcı fiziki qüsura və daha ağır problemlərə səbəb ola bilir.

Maraqlıdır, uşaqların idmanla məşğul olmaq üçün ən ideal yaş dövrü hansıdır?

Bu barədə Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, valideynlər uşaqları yaş qruplarına və sağlamlıq vəziyyətlərinə uyğun olan idman növünə yönəltməlidirlər:

“İdman uşaqların həyatında çox önəmli məşğuliyyətlərdəndir. İdmanla məşğul olmaq uşaqların özgüvənlərini artırır, fiziki və ruhi inkişafına, sosial fəallığına çox faydalı təsir edir. Piylənmə də daxil olmaqla, bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.

Valideynlərin uşaqları yaş qruplarına və sağlamlıq vəziyyətlərinə uyğun olan idman növünə yönəltməsi vacibdir. Çünki uşaqlıq dövründə sümüklər, ürək əzələsi tam formalaşmır. Uşaqlıq dövründə edilən idmanlara ümumi inkişafetdirici hərəkətlər, rəqs, yeriş, qaçış və s aiddir.

Məsələn, 2-3 yaşı olan uşaqlar gimnastika, rəqs, qaçışla məşğul ola, nəzarət altında üzə bilərlər. Ancaq daha ağır, yorucu və riskli idmanlar həmin yaş üçün təhlükəlidir”.

Pediatr bildirib ki, 4 yaşdan yuxarı uşaqları velosiped sürmək, üzgüçülük, rəqs, nisbətən yuxarı yaşlarda, 8 və 9 yaşlarında isə voleybol, basketbol, tennis, üzgüçük kimi idman növlərinə istiqamətləndirmək olar:

“Lakin bu yaş göstəriciləri sadəcə göstərişdir. Təbii ki, uşaqları istənilən yaşda idmana yönəltmək olar. Sadəcə bu yaşlar arzuolunan və ideal vaxtlardır. Uşaqda hər hansısa fiziki qüsurun qalmaması, sümüklərinin kövrəkləşməməsi üçün bu yaş senzinə diqqət edilməlidir”.

Həkim bildirib ki, müasir dövrün uşaqlarını idmana yönəltmk isə mütləq və vacibdir. Çünki kompüter əsrinin uşaqları daha çox hərəkətsiz həyat keçirdiklərindən, idmana vaxt ayırmaq onların inkişafına daha yaxşı təsir edəcək:

“Hərəkətsiz yaşam, düzgün olmayan qidalanma, saatlarla televizorun qarşısında vaxt keçirtmək uşaqlarda bir sıra xroniki xəstəliklərin təməlini qoyur. Düzgün verilən fiziki tərbiyə, idmana ayrılan zaman uşaq və yeniyetmələrin hərtərəfli inkişafında öz müsbət təsirini göstərəcək”.

Tarix
2018.12.01 / 13:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla