Yuxarı

Boyunda duzlaşmanın ən təbii müalicəsi...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi İbn Sina (Avisenna) üzərliyin müalicəvi xüsusiyyətlərini çox yüksək qiymətləndirir və bu bitkini oynaq və bel ağrıları və həmçinin oturaq sinirin iltihabı zamanı istifadə etməyi tövsiyə edirdi.

Üzərliyin güclü ağrıkəsici və iltihabəleyhinə xüsusiyyətləri var. Xalq təbabətində üzərlik bel və boyunda duzlaşma (osteoxondroz) və ağrılar zamanı çox geniş istifadə olunur.

Sağlamolun.az tanınmış rusiyalı fitoterapevt Pyotr Kurenkovun bel və boyunda duzlaşmanı müalicə etmək üçün üzərliklə reseptlərini təqdim edir.

1. Qurudulmuş üzərliyi üyüdün, eyni miqdarda təbii balla qarışdırın, parçaya çəkin, boyuna (belə, oynağa) kompres kimi qoyun. Kompresin üzərini plyonka və yun şərflə bağlayın, bir neçə saat və ya gecədən səhərə qədər saxlayın.

2. Qurudulmuş üzərliyi üyüdün, üzərinə sirkə tökün, qarışdırın. Bu qarışımda parça isladın, boyun nahiyəsinə qoyun, plyonka və yun şərflə bağlayın.

3. Üzərliyin üzərinə 1:1 nisbətində spirt tökün, 3 gün qaranlıq yerdə saxlayın, süzün və boyun ağrıları zamanı kompres şəklində istifadə edin.

Tarix
2018.12.11 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla