Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 Aprel 2018


Üz dərisinin təravətini necə bərpa etmək olar?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portağal maskası

Sitrus meyvələrində vitamin çox olduğu üçün qadınlar hər zaman onlardan istifadə edirlər. Çünki bu meyvələrin tərkibində olan vitaminlər dəri üçün lazımlıdır. Ona görə ki, xanımlar portağaldan ev şəraitində də tez-tez üz dərisinə qulluq üçün istifadə edirlər.

Maskanı hazırlamaq üçün üç qaşıq portağal şirəsini (mütləq təzə sıxılmış olmalıdır) əzilmiş bananın yarısı və bir xörək qaşıq balla qarışdırmaq lazımdır. Tərkib sıyığ halını alana qədər qarışdırılır. Sonra hazır olan maska təmiz dəriyə çəkilir və 15-20 dəqiqə saxlanılır.

Bu maskadan həftədə iki dəfə istifadə etdikdə dəri gözəçarpan dərəcədə parlaq olacaq, üzünüz sağlam və təravətli görünəcək!

Nanəli maska

Dərini tez bir zamanda canlandırmaq üçün nanə çox gözəl vasitədir. Nanədən kosmetik vasitələr hazırlamaq elə də çətin deyil. Bunun üçün iki qaşıq nanəni üyüdüb bir xörək qaşığı kəsmik və bir qaşıq da bal əlavə edib yaxşıca qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin və 20 dəqiqə saxlayın. Üzünüz dərhal gərilmiş və sağlam görünəcək, dəriniz isə təbii rəngini qazanacaq.

Bu proseduru həftədə iki dəfə yatmazdan əvvəl istifadə etmək olar.

Çiçəkli qatıq maskası

Çiçəkli qatıq maskası dəriyə parlaqlıq və təravət verir. Dərini vitamin və mikroelementlərlə zəngin edir. Maskanı hazırlamaq üçün üç qaşıq kalendula çiçəyi (üyütmək vacibdir), iki qaşıq qatıq, biraz da limon şirəsini qarışdırın. Hazırlanan tərkibi təmiz dəriyə çəkib təqribən yarım saatdan sonra yumaq məsləhətdir.

Çiçəkli qatıq maskasını da digər maskalar kimi müntəzəm təkrarlamaq lazımdır ki, xarici görünüşdə nəzərə çarpan dəyişiklik hiss edilsin.

Tarix
2013.10.18 / 17:42
Müəllif
0
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şəkər sinir sistemini sıradan çıxarır - Araşdırma

Dar geyinməyin qorxunc təsirləri

Səhiyyə naziri vəzifəsini kim icra edir? - Rəsmi cavab

Qırılmış qəlbi müalicə edən dərman aşkar olunub

Unutqanlıq xəstəliyi - Amneziya

Çayın qadınlar üçün inanılmaz faydası aşkar edildi

Vaxtından əvvəl yetişdirilən meyvələr çox ziyanlıdır - Professor

Bu əlamətlər varsa, dərhal psixoloqa gedin – Həkim

İnfarkt zamanı ölümdən qurtulmağın yolu açıqlandı

Nazirdən Formula-1 əmri: iki xəstəxana ayrıldı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla