Yuxarı

Saçınızı gözəlləşdirməyin resepti

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Resept çox asan hazırlanır və saç dərisini isitmək üçün xardaldan istifadə olunur.

2 qaşıq suda isladılmış xardal

1 ədəd yumurta sarısı

2 xörək qaşığı qaynar su

2 xörək qaşığı zeytun yağı ( şaftalı, ayı pəncəsi və ya istənilən hər

hansı kosmetik yağ da ola bilər)

2 çay qaşığı şəkər tozu

Hazırlanan maskanı quru saçın uclarına toxunmamaq şərti ilə tükün diblərinə sürtün. Eyni zamanda daha yaxşı təsir əldə etmək üçün hər hansı bir isidilmiş kosmetik yağlardan maska kimi istifadə edib quru saçların uclarına da çəkə bilərsiniz.

Maskanı sürtdükdən sonra başınızı selofan paketlə bükün, üzərinə isə isti papaq geyinin. Hər kəsin vərdişinə uyğun!

Maskanı 1saata qədər saxlamaq olar, bu, təsirindən asılıdır. Əgər dözə bilərsinizsə, 1saat qalmağı məsləhətdir. Tükünüzün dibini çox yandırarsa, 15-20 dəqiqə saxlayın.

Diqqət!

Birinci dəfə maskadan istifadə edərkən 15dəqiqə saxlayın.

Maskanı həftədə bir dəfə istifadə etmək olar, hədsiz yağlı saçlar üçün maksimum iki dəfə mümkündür.

Əvvəl maskanı yüngül şəkildə isti su ilə yaxalayın, sonra isə saçlarınızı şampunla yuyun.

Saçlarınızda parlaqlıq və gözəçarpan təsiri görmək istəsəniz balzam və ya hazır maskalardan istifadə etmək mümkündür.

Maskanın tərkibində olan xardal sizin saçınızın uzanmasını tezləşdirir, onları möhkəmləndirir, daha çox həcm verir, tez-tez yağlanmasının və çirklənməsinin qarşısını alır.

Hətta kişilər də xardallı maskadan müntəzəm istifadə etdikdə seyrəkləşmiş saçları qalınlaşar.

Tarix
2013.10.19 / 06:18
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla