Yuxarı

Baş həkim qanunu yox, “xaltura”çı həkimini müdafiə edir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Anar Niftəliyevin həyat yoldaşı tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də "Medi Sina" klinikasında süd vəzilərindəki səpkilərlə bağlı əməliyyata hazırlıq zamanı həkimlərin səhlənkarlığı nəticəsində dünyasını dəyişdi.

Bu hadisədən sonra Nəsimi Rayon Prokurorluğunda 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Bəs, cərrahiyə əməliyyatında iştirak edib mərhumun ölümünə imza atan və 2 azyaşlı qız uşağını anasız qoyan həkimlərin "Medi Sina" klinikasında cərrahiyə əməliyatında iştirak etməsi nə dərəcədə qanunauyğundur?

Xatırladaq ki, sözügedən əməliyyatda iştirak edən cərrahlar – Mahir Məmmədov Hərbi Hospitalın şöbə müdiri, Fərəcullah İdrisov isə Eksperimental Xəstəxananın (Elmi Cərrahiyyə Mərkəzi) həkim-cərrahıdır. Onların əsas iş yerlərindən yayınaraq, özəl xəstəxanada uğursuz bir əməliyyata imza atmaları rəhbərliklə hansısa problemin yaranmasına səbəb olubmu?

Jurnalist xəstə rolunda

Məsələni yerindəcə araşdırmaq üçün Fərəculla İdrisovun çalışdığı M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutuna baş çəkdik.

Klinikada baş həkimlə görüşməyimizə problem yaradılmadı. Bir neçə gün əvvəl isə əməkdaşımız cidd-cəhdlə klinikanın baş həkimi Yusif Əliyevlə əlaqə yaratmağa çalışsa da, bu cəhdi uğursuz alınmışdı.

O zaman əməkdaşımız özünü jurnalist kimi təqdim etmişdi. Bu dəfə isə biz məlumat şöbəsində özümüzü Yusif Əliyevin pasienti kimi təqdim etdik. Əlbəttə ki, həkimin xəstəsinə pul mənbəyi kimi baxması Azərbaycan səhiyyəsinin sağalmaz xəstəliyidir. Amma bu yol baş həkimə olan məsafəni daha da qısaldır. Və biz də bu üsuldan yararlanaraq tez bir zamanda baş həkimin qəbuluna düşə bildik.

Özümüzü baş həkimə təqdim edib, ona bir neçə sual ünvanladıq. Öncə Fərəculla İdrisovun peşə fəaliyyətini davam etdirib-etdirməyəcəyini soruşduq. Yusif Əliyev Fərəculla həkimin hadisədən sonra da klinikada iş başında olduğunu bildirdi:

"Fərəculla İdrisov klinikamızın həkimi sayılır və hal-hazırda da peşə fəaliyyətini yerinə yetirir. İstintaq hələ yekunlaşmayıb və ona görə də onu işdən uzaqlaşdırmağımız düzgün deyil".

"Bəs İdrisovun vəzifə səlahiyyətlərini yerinə yetirməsi gələcək ölümlərə yol aça bilərmi" sualını Yusif Əliyev dedi ki, xeyr, çünki o, həmin əməliyyatda asissent kimi iştirak etmişdi, cərrah kimi yox. Düzdür, ölüm hadisəsi onun iştirak etdiyi əməliyyatda baş verib, amma biz onu işdən kənarlaşdırmamışıq".

Klinikanın baş həkimi həmçinin əməkdaşımızın iş zamanı Fərəculla İdrisovun hansı hüquqla özəl klinikada əməliyyatda iştirakı haqqında sualına da cavab verdi:

"O, sentyabrın 19-u növbətçi həkim idi. Buna görə də sentyabrın 20-si onun istirahət günü sayılırdı. Hara gedir, harda əməliyyat keçirir, özü bilər, onun bizə aidiyyəti yoxdur".

Yusif Əliyevin son cavabı nə qədər qətiyyətli olsa da, faktlarla təsdiqlənmirdi. Çünki Fərəculla İdrisov "Medi Sina" klinikasına əməliyyat üçün səhər saatlarında M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan gəlmişdi. O, əməliyyatdan dərhal sonra iş yerinə qayıtmlı idi.

Klinikanın işçilərinin dedikləri də baş həkimin söylədiyi ilə üst-üstə düşmür. Qəbul şöbəsindəki həkimlərdən öyrəndik ki, klinikada növbədən sonra istirahət-filan olmur.

Tarix
2013.10.08 / 11:10
Müəllif
0
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla