Yuxarı

Fariz Məmmədovdan azərbaycanlı həkimlərə ittiham - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın peşəkar bokçusu, "Qəbələ" idman klubunun üzvü Fariz Məmmədov müayinə və müalicə olunmaq üçün Vyanaya yola düşüb.

Məmmədov açıqlamasında Avstriyadakı müayinə zamanı ilginc məqamların ortaya çıxdığını bildirib.

O deyib: "Ötən ay mən Qəbələdə WBO və İBF versiyaları üzrə Avropa kəməri uğrunda döyüşdə almaniyalı Mattias Pelklə qarşılaşmış və zədə üzündən 8-ci raundda döyüşü saxlamaq məcburiyyətində qalmışdım. Həmin döyüşdən 2 həftə əvvəl özümdə ağrılar hiss etdim. Bakıda müayinədən keçdikdən sonra həkimlər mənə dedilər ki, sağ çiyninin bağları qopub. Söylədilər ki, döyüş zamanı problemlə üzləşməyəcəksən. Mən də bizim həkimlərin qoyduğu diaqnoza inanıb döyüşə çıxdım. Amma dediyim kimi, matçın gedişində şiddətli ağrılarım başladı, ona görə də döyüşü davam etdirə bilmədim".

Məmmədovun sözlərinə görə, Vyanadakı müayinə zamanı azərbaycanlı həkimlərin səhv diaqnoz qoyduqları üzə çıxıb: "Rentgen müayinəsindən sonra avstriyalı həkimlər mənə bildirdilər ki, sənin çiynində bağlar qopmayıb, əslində, sağ döş tərəfində ikinci qabırğan sınıb. Ümumiyyətlə, burada həkimlər şoka düşüblər. Mənə deyirlər ki, belə vəziyyətdə sizin həkimlər sənin rinqə çıxmağına necə icazə veriblər və sən 8 raund necə döyüşmüsən?!"

Boksçumuz bildirib ki, bir müddət müalicəsi ilə məşğul olduqdan sonra yenidən məşqlərə başlayacaq.

Qeyd edək ki, Fariz Məmmədov Avstriyadan sonra Almaniyaya gedəcək. Səfərdə məqsəd Mattias Pelklə revanş döyüşünün keçirilməsi ilə bağlı müqavilə imzalamaqdır (Lent.az).

Tarix
2014.01.02 / 18:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla