Yuxarı

Bayram günləri təcili yardım çağıranlar 10 minə çatdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayram günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına müraciətlərin sayı təxminən 10 minə çatıb.

Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, bayram günlərində BŞTTTYS-də 9617 müraciət qeydə alınıb. Belə ki, 2013-cü il dekabrın 31-də 2 497, 2014-cü il yanvarın 1-də 2 370, yanvarın 2-də 2 450, yanvarın 3-də isə 2 300 çağırış olub. Halbuki adi günlərdə müraciətlərin sayı adətən 1500-1600 olur:

"Bayram günlərində poliklinikalar işləmədiyindən şəhərin bütün yükü təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı xeyli artıb. Çağırışlar, əsasən, böyüklərdə arterial təzyiq və kəskin respirator xəstəliklərlə (KRX) bağlı olub. Həmçinin uşaqlarda KRX ilə bağlı çağırışların sayı artıb" (Trend).

Tarix
2014.01.04 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla