Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2017


Payız: qızmar yay günlərindən sonra sərinləyək..

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr, oktyabr aylarında dəriyə necə qulluq etməli

Qızmar yay günəşi dərinin parlaqlıq və təravətini itirməsinə səbəb olur. Üstəlik, fəsillərlə bağlı hormon dəyişikliyi, xroniki xəstəliklərin aktivləşməsi müxtəlif dəri problemlərinin meydana çıxmasında əsas rol oynayır. Bütün bunlar, çivzə və sızanaqlar, qara ləkə və çillərlə üz dərisində özünü açıq-aydın büruzə verir.

Bərpaedici maskalar, lasyon və toniklər, yumşaldıcı-təravətləndirici kremlər mövsümi problemlərin qarşısını almaq üçün geniş istifadə olunan vasitələrdəndir.

Bunları bilmək gərəkdir!

Qaynadılmış və ya filtirdən keçmiş su, həmçinin, xlorlanmış su üz dərisinin qurumasına səbəb olur.

Kremlərin daha effektli təsiri üçün onların nəm dəriyə çəkilməsi məsləhətdir.

Bütün növ kosmetik vasitələri dərinin tipinə uyğun seçmək gərəkdir.

Kosmetik dermotoloji vasitələr aşağıdakı ardıcıllıqla istifadə olunmalıdır:

Üz dərisi lasyon və təmizləyici su ilə təmizlənməli;

Tonik vasitəsi ilə təravətləndirilməli;

Maskalar qoyulmalı (həftədə 1-2 dəfə);

Gecə və gündüz nəmləndirici kremlərdən istifadə edilməli.

Xalq təbabəti

Quru həssas dəri üçün maska

Təmizləyici maska: Un halına salınmış yulaf yarması bir neçə xörək qaşığı süddə həll olunur. Dairəvi əl hərəkətləri ilə üzə çəkilir. 10 dəqiqə saxlanıldıqdan sonra əvvəlcə isti, ardınca soyuq su ilə təmizlənir. Maska yuyulduqdan sonra dəriyə qidalandırıcı, nəmləndirici və ya təravətləndirici krem çəkmək lazımdır.

Qidalandırıcı maska

Yarım ədəd bananı bir yumurta sarısında qarışdırıb üzərinə 1 çay qaşığı zeytun yağı və 10 damçı A və E vitamini əlavə edilir. Dəridə 15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. Maskadan sonra dəriyə qidalandırıcı, nəmləndirici və ya təravətləndirici krem çəkmək lazımdır.

Yağlı dərilər üçün

1.Soyuq suda isladılmış 2-3 xörək qaşığı istənilən kosmetik gilin üzərinə 1 yumurta sarısı və bir neçə damcı limon şirəsi əlavə olunur. 15 dəqiqə üzdə saxladıqdan sonra ilıq su ilə yuyulur. Maskadan sonra dəriyə yağlı və problemli dəri üçün istifadə olunan krem və ya jel çəkilir.

2.Yumurta ağının üzərinə 10 damcı limon şirəsi və yarım çay qaşığı bitki yağı əlavə edilib üzə çəkilir. 10 dəqiqə sonra ilıq su ilə yuyulub yağlı dəri üçün kremdən istifadə edilir.

Qarışıq tip dəri üçün

1.30 qram qida mayası su və ya süd ilə xama qatılığında qarışdırılır. Nazik qat üz dərisinə çəkilir. 15 dəqiqə saxlanıldıqdan sonra əvvəlcə isti, sonra soyuq su ilə yuyulur. Maskanın ardınca qarışıq dəri üçün kremlərdən istifadə edilir.

2. Çox da böyük olmayan alma sürtgəcdən keçirilir, üzərinə 1 yumurta sarısı, 1 çay qaşığı bal (bala qarşı allergiyanız yoxdursa), 6-7 damcı portağal şirəsi qatılır. 10- 15 dəqiqə saxlanıldıqdan sonra əvvəlcə isti, sonra soyuq su ilə yuyulur və qarışıq dəri üçün kremlərdən istifadə edilir.

Diqqət!

Maskalar gözətrafı nahiyələrə çəkilmir.

Buz ilə səhər massajı

Bu massaj həftədə 2-3 dəfə səhərlər üz, boyun və dekolte nahiyəsi üçün nəzərdə tutulur. Dərinin təravətlənməsi, qan dövranının tənzimlənməsi, qocalma prosesinin ləngiməsi üçün bu prosedur çox effektivdir.

Tarix
2013.10.12 / 03:41
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Arıqlamaq istəyirsinizə, bu suyu için - Video

Süd vəzi xərçəngindən özünüzü belə qoruyun - Video

Ağrılardan qurtulmağın rahat, effektiv yolu - Həkim

Faytonçu Nazimə yalan diaqnoz qoyan həkim danışdı

Stressi 5 dəqiqəyə azaldın

Azərbaycanlı həkim Merkellə nədən danışdı?

Alman həkim Bakıya gəldi: Onurğa xəstəlikləri...

Bu içkilər bizi məhvə aparır - Dietoloqdan detallı izah

Həkimə getmədən uşaqlarımızın gözlərini necə qoruyaq?

Ürək ağrıları: səbəbləri və müalicəsi...

KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla