Yuxarı

Nazirlik narkotikdən dərman istehsalına qərar verdi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada çətənə kolundan ilk dəfə dərman istehsal olunacaq.

Fransız Səhiyyə Nazirliyi bu səhər etdiyi açıqlamada çətənə kolundan çıxarılan Sativeks adlı dərmanın 2015-ci ildən etibarən satışa çıxarılacağını bildirib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağız spreyi formasındakı dərmanın beyin və onurğa iliyi xəstəliyi olan "multipl skleroz" xəstəliyinin müalicəsində istifadə ediləcəyi qeyd edilib.

Dərmanın ilk etapda nevropatoloqlar və fiziki müalicə və reabilitasiya mütəxəssisi həkimlər tərəfindən yalnız xüsusi xəstələrə yazıla biləcəyi vurğulanıb.

Fransa Sativeksin bu günə qədər satışa çıxarılmasının qadağan olduğu nadir Avropa ölkələri arasında idi.

Fransada çətənə kolundan bu günə qədər təkcə narkotik kimi istifadə edildiyinə görə müalicə məqsədilə istifadəsi sual altında idi.

Tarix
2014.01.10 / 16:35
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla