Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Oktyabr 2018


İnsanların şirniyyata nədən meylli olduqlarının səbəbi bilindi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı alimlərin apardığı araşdırmada göstərilir ki, uzun müddət ac qalan adamlar şirniyyatdan heç cür imtina edə bilmirlər. Bu siyahıya ən çox pəhriz saxlayan insanlar aiddir. Alimlər bu asılılığın vücudda olan vitamin çatışmazlığı ilə birbaşa əlaqəli olduğunu vurğulayıblar. Belə ki, vitamin D çatışmazlığı olan insanlar hər 2 saatdan bir şirniyyat yemək istəyirlər ki, bu da bədəndə şəkər normasının artmasına səbəb olur. Aparılan araşdırmalardan o da məlum olub ki, şirniyyata meyilli insanların 70%-ində bağırsaq parazitləri var. Belə ki, bu parazitlər bədənin qidadan əldə olunmuş bütün enerjisini mənimsəyərək, hədsiz şirniyyat asılılığı yaradırlar.

Yaradıcı insanlar kokoslu konfetləri sevir

Yeyilən şirniyyat növləri həm də insan xarakterindən xəbər verir. Belə ki, Alman psixoloqların fikrincə, çiyələkli konfetlər ən romantik konfetlərdir. Hesab edilir ki, cəsarətli insanlar albalılı konfet, utancaqlar – fındıqlı, yaradıcı insanlar isə - kokoslu konfetləri və ya tortları sevir.

Kişilərdən fərqli olaraq qadınlar şirniyyata daha çox meyillidir. Belə ki, sevgi rəmzi hesab edilən şirniyyatdan qadınlar ən çox stressdə olan zaman istifadə edirlər. Mütəxəssislər hesab edir ki, aşırı şirniyyat alüdəçisi olmaq insanda mədə sistemi ilə yanaşı qan təzyiqinə də mənfi təsir etmiş olur. 

Aparılmış son araşdırmalar göstərib ki, şirniyyata aludəçilik nəinki bədən quruluşuna mənfi təsir göstərir, həmçinin böyrək xəstəlikləri, ürək-damar sistemində çatışmazlıqlar, görmə qabiliyyətinin zəifləməsi və itməsinə qədər apara bilir.

Tarix
2013.10.12 / 14:16
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yuxularınız sizin haqqınızda bunları deyir

Həkimlərə güvənsizliyin səbəbkarı elə həkimlərdir

Baş həkim 34 yaşlı Dəmirovun ölümünə səbəb oldu - Foto

Şəkidə köçkünlər üçün aksiya keçirildi – Foto

Gün ərzində nə qədər çörək yemək olar?

Direktorlara müraciət edildi: bu uşaqlar məktəbə gəlməsin!

İnsan yuxudaykən neçə kalori yandırır?

Bu insanlar mütləq xurma yeməlidir

Tibbi bankalardan nə zaman istifadə etmək olar?

Azərbaycanda unikal göz əməliyyatı - İlk dəfə

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla