Yuxarı

Vərəm: Son illərin statistikası

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vərəmə yoluxma və xəstələnmə səviyyəsi son illər ərzində xeyli azalıb.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, ölkədə həyata keçirilən profilaktik tədbirlər nəticəsində, son statistik məlumatlara əsasən, son illər ölkədə vərəmlə xəstələnmə səviyyəsinin azalması müşahidə edilir. Həmçinin, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası qeydə alınıb.

Son illərdə dünya üzrə vərəm epidemiyasının sabitləşməsi meylləri müşahidə edilməkdədir. Bu əsasən Yer kürəsinin iqtisadi artım qeyd olunduğu və yoxsulluqla mübarizədə uğurlar əldə edildiyi regionlara aiddir.

Nazirlikdən bildiriblər ki, ölkədə vərəmli xəstələr dövlət hesabına tam pulsuz müalicə alırlar. Vərəmli xəstələrin dərmanla təchizatını 2010-cu ildən dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur.

Respublikada Vərəm əleyhinə xidmət paytaxtda və respublikanın bütün rayonlarında yerləşən 68 ixtisaslaşdırılmış müəssisə tərəfindən həyata keçirilir.

Xatırladaq ki, hazırda ölkədə 1 İnstitut, 7 dispanser, 18 xəstəxana, 11 vərəm əleyhinə şöbə, 31 vərəm əleyhinə kabinet fəaliyyət göstərir. Hazırda respublikada vərəm xəstəliyi ilə mübarizə aparan geniş vərəm əleyhinə tibb müəssisələri şəbəkəsi də mövcuddur. Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Milli İstinad Laboratoriyası tikilərək istifadəyə verilib. Son 7 ildə də vərəmin dərmana davamlı formalarının müalicəsinə başlanılıb.

Qeyd edək ki, vərəm – əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9.000.000-dan artıq insan bu xəstəliklə xəstələnir və 1.800.000 insan bu xəstəlikdən vəfat edir.

Tarix
2015.11.02 / 14:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla